Accessibility links

Ukrayna qanunvericiləri hökumətinin işini qeyri-qənaətbəşx hesab edib, lakin baş nazir Arseni Yatsenyuk hökumətinə etimad göstərilməməsinə dair qətnaməni dəstəkləməyib.

Bu inkişaflar Ukrayna prezidenti Petro Poroşenkonun hökumətin korrupsiyaya qarşı mübarizə və iqtisadi böhranın aradan qaldırılması səylərinin baş tutmaması ilə əlaqədar baş nazizin istefa verməsini istəməsindən bir neçə saat sonra baş verib.

Poroşenko bu gözlənilməz təklifi aparılmış səy sorğuları Baş nazir Arseni Yatsenyuk hökumətindən ictimai narazılığın artmasını göstərməsindən sonra verib.

Yatsenyukun istefası Ukrayna parlamenti tərəfindən təsdiq edilməlidir. Qanunverici orqan Yatsenyukun 2015-ci il üçün hesabatını və 2016-cı il üçün hökumətin proqramını nəzərdən keçirdikdən sonra hökumətə etimadsızlıqla bağlı səsvermə keçirib. 450 yerlik Radada hökumətə etimadsızlıq göstərilməsi təklifi lazın olan 226 səs əvəzinə yalnız 194 səs alıb.

Son rəy sorğuları ukraynalıların 70 faizinin Yatsenyukun istefasını dəstəklədiyini göstərib. Onun "Xalq cəbhəsi" parlament blokuna yalnız bir faiz dəstək verilib.

Qərbin dəstəklədiyi 41 yaşlı bankir və Rusiya əleyhdarı olan Yatsenyukmaqnatlarla əlaqələrini kəsərək, hökumətdə təmizlik işləri aparacağına söz vermişdi. Lakin seçicilər az sonra onun milyarderlərin maraqlarını təmsil etdiyindən şübhələnməyə başlayıb.

Arseni Yatsenyuk 2014-cü ilin noyabrında Ukraynanın baş naziri təyin edilib.

XS
SM
MD
LG