Accessibility links

Portuqaliyada exit poll müxalifətin parlament seçkilərində yerləri hakim sosialistlərdən aldığını göstərir

Portuqaliyada televiziyanın keçirdiyi exit polların nəticələrinə əsasən, müxalifətdə olan Sosial Demokratlar parlament seçkilərində iqtidarda olan Sosialistlərin yerlərini onlardan ala bilib. Seçicilər əvvəlki partlament Baş nazir Xose Sokratesin iqtisadi planlarını rədd etdikdən sonra erkən seçkilərdə səs verib. Portuqaliya 110 milyard dollar məbləğində maliyyə yardımı almaq üçün Avropa İttifaqı və Beynəlxalq Valyuta Fonduna müraciət etmək məcburiyyəti qarşısında qalmışdı. Avropa Komissiyasının prezidenti, Portuqaliyanın keçmiş baş naziri olmuş Xose Manuel Barrozo hazırkı iqtisadi duruma görə bugünkü seçkiləri ölkə üçün son illər ərzində ən mühüm seçki adlandırıb. Portuqaliya Avropa İttifaqınınYunanıstan və İrlandiyadan sonra dərin iqtisadi tənəzzül keçirən üçüncü ölkədir.

XS
SM
MD
LG