Accessibility links

Portuqaliyada solçu qanunvericilər ittifaqı azlıqda olan mühafizəkarların yeni hökumətinin ixtisarlarla bağlı bir sıra təkliflərini rədd edərək, baş nazir Pedro Passos-Koelhonu ikinci dönəm vəzifəsinə başlamasından 11 gün sonra istefa verməyə məcbur edib.

Passos-Koelhonun hökumətinə qarşı səsvermələr Avropa liderlərinin 84 milyard dollarlıq xilas paketini maliyyələşdirməsınə yardım etmək üçün dörd il xərclərin azaldılması və vergilərin artırılması təşəbbüsünün ardınca baş verir.

Analitiklər qanunvericilərin etirazılarının önündə gedən sosialist Antonio Kostanın gələn həftələrdə kommunistlərin və solçu blokun dəstəyi ilə baş nazir vəzifəsinə təyin edilə biləcəyini proqnozlaşdırıb.

Prezident Anibal Kavako Silvanın gələn günlərdə ondan yeni hökumətin təşkil edilməsini istəyəcəyi gəzlənilir.

Solçular aliyansı pensiyalar, maaşlar, ictimai xidmətlərin azaldılması daxil olan ixtisarların yüngülləşdiriləcəyini vəd edib.

Alyans 10,5 milyon əhalisi olan ölkədə artırılmış vergilərin də azaldacağına söz verib.

XS
SM
MD
LG