Accessibility links

Amerikadakı post-Sovet mühacirləri


Amerikadakı post-Sovet mühacirləri

Amerikadakı post-Sovet mühacirləri

20 il bundan əvvəl, Sovet İttifaqının dağılamasından sonra kommunist imperiyasının tərkibindəki respublikalardan milyonlarla insan mühacirət etdi

20 il bundan əvvəl, Sovet İttifaqının dağılamasından sonra kommunist imperiyasının tərkibindəki respublikalardan milyonlarla insan mühacirət etdi.

Marketinq üzrə məsləhətçi İrina Şmelyova Rusiyada baş verənləri sosial media vasitəsi ilə izləyir. Vaxtilə aktrisa olan İrina Sovet dövründə imtiyazlarının olduğunu və rahat yaşadığını, lakin azadlığın olmaması səbəbindən hamı kimi vətəni tərk etməyə məcbur olduğunu deyir. “Sovet vətəndaşı əsgər kimi idi, yəni hər şeyin qaydasında olduğunu nümayiş etdirməli idi. Lakin sənin daxilində nələr olduğunu, nə istədiyini, nə düşündüyünü həyata keçirmək imkansız idi.”

İrina Şmelyova hal-hazırda Rusiyadakı nümayişlərdə gənc nəslin Sovet İttifaqı dağılandan bəri baş qaldıran azadlıq arzusunu həyata keçirməyə nail olacağına ümid bəslədiyini, lakin bu ümidlərin Vladimir Putinin avtoritar hakimiyyəti altında puça çıxdığını bildirir. “Mən burada insanlardan Rusiyada baş verənlər haqda nə düşündüklərini soruşanda, onlar nümayişlərin heç nəyi dəyişə bilməyəcəyini deyirlər. Lakin gənc nəsil heç nəyi dəyişə bilməyəcəyindən xəbərdar deyil.”

Zəngin kənd təsərrüfatına və sənayeyə malik Ukraydada həyat standartlarının sürətlə yüksələyəci güman edilirdi. Lakin yüksəliş əvəzinə enerji qiymətləri sovet iqtisadçıları tərəfindən subsidiyalara tabe tutuldu. Nyu-Yorkdakı Şevçenko adına Elmi-Təhqiqat təşkilatından Vasil Lopux Ukraynanın Ternopil şəhərində iqtisadiyyatdan dərs deyirdi. O, ukraynalıların Sovet dövründən qalan istehsalın işləməyəcəyini başa düşmədiklərini deyir. “Ukraynada 60-65 faiz insan birbaşa və ya dolayısıyla hərbi sənaye komplekslərində çalışırdı.”

Lopux silah, hərbi geyim və həbçilər üçün ərzağa tələbat olmadığına görə Ukraynada işsizliyin artdığını deyir. Bəzi korrupsiyanın baş alıb getdiyi post-Sovet respublikaları kimi Ukraynadakı problemlər də onun Avropa İttifaqına üzv olmasına imkan vermir.

Lopuxdan fərqli olaraq Özbəkistandan mühacirət etmiş İsakcon Zokirov vətəninə dönərsə. həbs edilə biləcəyini deyir. Özbəkistan 1991-ci ildən, müstəqilliyini elan edəndən bəri bu Orta Asiya dövlətinə İslam Kərimov rəhbərlik edir. 2004-cü ildə vətənini tərk edən, insan haqları müdafiəçisi İsakcon Zokirov hal-hazırda Nyu-York şəhərinin rusdilli Brayton-Biç məhəlləsində işləyir. “Özbəkistanda həyat səviyyəsi çox aşağı düşüb. Iqtisadi vəziyyət də pisdir. Orada demokratik islahatlar aparılmır.”-deyə, o bildirir.

Vaxtilə Moskvanın idarə etdiyi post-Sovet dövlərlərinindən olan mühacirlər indi də ortaq vətənə malikdir- Amerika Birləşmiş Ştatları.

XS
SM
MD
LG