Accessibility links

'Vaşinqton Post'un Qarabağdan reportajlar hazırlamış müxbirinin 'Amerikanın səsi'nə müsahibəsi

  • Ulviyyə Əsədqızı

Ermənistan, Rusiya və Azərbaycan prezidentləri Kazanda

Ermənistan, Rusiya və Azərbaycan prezidentləri Kazanda

Will Englund: "O ki qaldı balans məsələsinə, məncə, ingilis dilli mətbuatda münaqişə ilə bağlı Azərbaycanın mövqeyi daha çox işıqlandırılır, nəinki ermənilərin. İndi mən bu ölkəyə getmək üçün Azərbaycan hökuməti ilə danışıqlar aparıram. Azərbaycana gedib ordan da bir reportaj hazırlayacam".

“Vaşinqton Post” qəzetinin müxbiri Will Englundun bu yaxınlarda Dağlıq Qarabağdan hazırladığı və “Amerikanın səsi”nin izləyicilərini məzmunu ilə tanış etdiyi, reportajlar ABŞ-dakı Azərbaycan diasporu da daxil, çoxlu azərbaycanlını narahat etmişdi. Onlar jurnalistin məqalələrinin tərəf saxladığı, azərbaycanlıların mövqeyini əks etdirmədiyi kimi iradlar irəli sürmüşdülər. “Amerikanın səsi” bunları nəzərə alaraq, Will Englund ilə əlaqə saxlayıb, ondan qaldırılan məsələləri aydınlaşdırmasını xahiş edib.

Ülviyyə Əsədzadəyə verdiyi müsahibəsində, “Vaşinqton Post” un müxbiri Will Englund azərbaycanlıların iradlarına münasibət bildirib:

Sual: Cənab Englund, Azərbaycan tərəfi sizin “Vaşinqton Post” qəzetində Dağlıq Qarabağdan hazırladığınız reportajlardan narazı qalıb. Onlar deyir ki, sizin reportajlarınız bitərəf deyil. Siz reportajlarınızın kifayət qədər bitərəf olduğunu fikirləşirsinizmi?

Cavab: Mən Dağlıq Qarabağa getməkdə məqsədim Sovet İttifaqının yıxılmasından sonra münaqişənin hələ də qaldığını göstərmək, insanlarda Dağlıq Qarabağda hazırkı vəziyyətin necə olması haqda təsəvvür yaratmaq idi.

Sual: Sizcə, məsələn, sizin məqalənizi oxuyan amerikalılarda o yer haqda obyektiv təsəvvür yarandımı? Axı məqalədə Dağlıq Qarabağ azərbaycanlılarının mövqeyi yox idi.

Cavab: Mən bir az çətinlik çəkirəm qiymətəndirəm ki, adamlarda hansı təsəvvür yarandı məqaləni oxuyarkən. Amma hesab edirəm ki, bu məqalə bir çox adam üçün bir xatırlatma idi. Amerikalılara bir daha xatırlatdıq ki, Sovet İttifaqı dağılandan sonra yaranan bu münaqişə hələ də qalmaqdadır.

Sual: Siz heç azərbaycanlılardan intervyu almaq variantını nəzərdən keçirmişdinizmi? Çoxlu sayda azərbaycanlı bu məqalədən sonra sizdən incik düşdü. Onlar hesab edirlər ki, siz Dağlıq Qarabağda yaşayıb atasının Bakıdakı qəbrinin xiffətini çəkən erməni haqda yazmısınızsa, Azərbaycanda qaçqın düşərgəsində yaşayan şuşalı haqda da yazmalı idiniz.

Cavab: Əgər onlar məndən inciyiblərsə, mən buna təəssüf edirəm. Məqsədim o idi ki, azərbaycanlılar da, bütün dünya da Dağlıq Qarabağdan xəbərdar olsun. Məncə, bu, Azərbaycanın özü üçün də yaxşıdır. Onların mövqeyi ilə tanış ola bilərlər. O ki qaldı balans məsələsinə, məncə, ingilisdilli mətbuatda münaqişə ilə bağlı Azərbaycanın mövqeyi daha çox işıqlandırılır, nəinki ermənilərin. O ərazidə azərbaycanlılar yaşamır. İkincisi, mənim məqaləmin əsas hissəsi hələ də çap olunmayıb. Yazdıqlarım sadə bloqpostlar idi. İndi mən Azərbaycan hökuməti ilə danışıqlar aparıram bu ölkəyə getmək üçün. Azərbaycana gedib ordan da bir reportaj hazırlayacam.

Sual: Sizcə, bir məqalədə bir tərəfin mövqeyini, digər məqalədə o biri tərəfin mövqeyini işıqlandırmaq doğrudurmu? Axı bir məqaləni oxuyan adamın digərini oxumaq şansı olmaya bilər.

Cavab: Bəli, məncə, doğrudur. Məncə, bu kifayət qədər etik məqalədir.

Sual: Azərbaycanlıların bir iradı da budur ki, siz məqalədə yalnız Stepanakert adından istifadə etmisiniz, halbuki, heç olmasa, Azərbaycanın istifadə etdiyi “Xankəndi” adını da qeyd edə bilərdiniz.

Cavab:Bilirsiniz, biz oxucuların bildikləri xüsusi isimlərdən istifadə edirik. Adamlar Stepenakert adını tanıyırlar nəinki Xankəndi. Ona görə biz bu addan istifadə etmişik.

XS
SM
MD
LG