Accessibility links

Samanta Pauer: Amerika Rusiyanın təcavüzkarlığna qarşı mübarizədə Ukraynanı dəstəkləyir


ABŞ-ın BMT-dəki nümayəndəsi Amerikanın Rusiyanın təcavüzkarlığna qarşı mübarizədə Ukraynanı iki cəbhədə dəstəklədiyini bildirib.

"Amerika Birləşmiş Ştatları, prezident Obama və digər dünya liderlərinin Böyük Yeddiliyin sammitində səsləndirdikləri mesajları dəyişməyəcək. Əgər Rusiya Ukraynanın suverenliyi və ərazi bötövlüyünü tanımamaqda davam etsə, beynəlxalq sülh və sabitliyi pozsa bu, Rusiyaya baha başa gələcək"-deyə Samanta Pauer Ukrayna xalqına müraciətində bildirib.

BMT-nin Təhlükəsizlik Şurasında Ukraynaya dəstəyini həmişə nümayiş etdirən Pauer Ukrayna prezidenti Petro Poroşenko ilə görüşü zamanı Ukrayna qüvvələri və Rusiyapərəst separatistlər arasında əldə edilən atəşkəs və tərələr arasında artmaqda olan düşmənçilik məsələlərini müzakirə edib.

Fevral ayında Minskdə əldə edilən atəşkəs tərəflərin ağır silahlarını təmas xəttindən çıxarmasını tələb edir. Lakin beynəlxalq müşahidəçilər atəşkəsin şərtlərinin tez-tez pozulduğunu bildirir.

Ukrayna münaqişəsi nəticəsində 6500 insan həlak olub.

Rusiya Qərb tərəfindən münaqişəni qızışdıran və Kiyevin Avropaya inteqrasiyasına mane olan qüvvə hesab edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG