Accessibility links

Azərbaycan prezidenti Haaqaya gedib


Prezident İlham Əliyev Haaqaya gəlib
Prezident İlham Əliyev Haaqaya gəlib

Əliyev Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək. Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək

Azərbaycan prezidenti İlham Əliyev Haaqa şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün martın 23-də Niderlanda işgüzar səfərə gedib. Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Martın 18-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri martın 24-25-də Haaqada keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində görüşəcəklər.

Onun sözlərinə görə, bu görüşdən sonra apreldə ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər.

“Biz danışıqlar xatirinə danışıqları apara bilmərik. Hazırda konkret məsələləri müzakirə edirik. Böyük sülh sazişinə hazırlığa başlamaq lazımdır”, - E.Məmmədyarov qeyd edib.

O deyib ki, danışıqlar sonsuzadək davam edə bilməz, bundan ötrü müəyyən vaxt var. Ermənistan öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən çıxarmalıdır.
XS
SM
MD
LG