Accessibility links

Sərhədsiz Reportyorlar Vladimir Putin və İlham Əliyevi mətbuatın qənimi adlandırıb


Sərhədsiz Reportyorlar Vladimir Putin və İlham Əliyevi mətbuatın qənimi adlandırıb

Sərhədsiz Reportyorlar Vladimir Putin və İlham Əliyevi mətbuatın qənimi adlandırıb

Media monitorinq qrupu Rusiyanın baş naziri Vladimir Putin, Çeçen lider Ramzan Kadırov və Azərbaycan prezidenti İlham Əliyevi 2010-cu il mətbuatın qənimi siyahısına salıb

Sərhədsiz Reportyorlar təşkilatı Rusiyanın baş naziri Vladimir Putin, Çeçen lider Ramzan Kadırov və Azərbaycan prezidenti İlham Əliyevi 2010-cu il mətbuatın qənimi siyahısına salıb.

Media monitorinq qrupunun hesabatında deyilir ki, Rusiya və ölkənin cənubundakı respublikalarda müstəqil jurnalistlər və insan haqları fəalları cidd təhlükəyə məruz qalır.

Hesabatda keçən il regionda beş jurnalistin qətlə yetirildiyi, 2000-ci ildən isə 22 jurnalistin zorakılıqlar nəticəsində həlak olduğu qeyd edilir. Qrup bildirir ki, çeçen lider Kadırov cənab Putinin “zorakı dil və qəti hərəkət” kimi zövqünü bölüşür. Burada Kadırov hökuməti qanunsuz rejim kimi göstərilir və son illər tanınmış insan haqları müdafiəçilərinin üstü açılmamış qətlləri qeyd edilir.

Sərhədsiz Reportyorlar həmçinin Azərbaycanda tanınmış müxalif redaktor Eynulla Fətullayevin qərb tərəfindən kəskin tənqid edilən həbsini qeyd edir.

Hesabatda bununla yanaşı, gənc azərbaycanlı blogerlər Adnan Hacızadə və Emin Millinin müxalifət hərəkatına mənsub olduqları və öz fikirlərini internetdə ifadə etdiklərinə görə həbs edilib həbsdə saxlanması tənqid edilir.

XS
SM
MD
LG