Accessibility links

Mətbuat icmalı: Bakıda etiraz aksiyasına və polisə rəaksiya (video)

  • Bulut Mehmandarli

Mətbuat icmalı: Bakıda etiraz aksiyasına və polisə rəaksiya (video)

Mətbuat icmalı: Bakıda etiraz aksiyasına və polisə rəaksiya (video)

Musavat partiyasının başqanı İsa Qəmbər Reuters-ə bildirib ki, nümayiş göstərdi ki, Azərbaycan xalqı dəyişiklik istəyir və demokratiya uğrunda mübarizəyə hazırdır.

Bakıda İctimai Palatanın şənbə günü təşkil etdiyi etiraz aksiyasına qərb mətbuatında geniş yer verilib. Reuters “Azərbaycanda polis müxalifətin nümayişini dağıdıb", The Associated Press “Azərbaycanda polis demokratiya uğrunda nümayiş keçirən onlarla adamı nəzarət altına alıb", Los Angeles Times “Azərbaycan: Hökumət əleyhinə nümayiş keçirən 200-dən çox adam saxlanıb”səhlövhəli məqalələr dərc edib.

Reuters-in xəbərində deyilir ki, şənbə günü Bakının mərkəzində etiraz aksiyası keçirməyə cəhd edən onlarla müxalifət fəalı polis tərəfindən saxlanıb. Aksiya başa çatdıqdan sonra müxalifət liderlərindən biri nümayişdə təqribən min adamın iştirak etdiyini, iki yüzdən çox adamın saxlandığını bildirib. Müsavat Partiyasının başqanı İsa Qəmbər Reuters-ə telefonla müsahibəsində deyib ki, “Bu günkü nümayiş göstərdi ki, Azərbaycan xalqı dəyişiklik istəyir və demokratiya üçün mübarizəyə hazırdır”. Musavat başqanı aksiyaların davam edəcəyini və növbəti aksiyanın aprelin 9-da keçirilməsinin istisna edilmədiyini deyib.

Reuters-in xəbərində yazılır ki, müxalifət partiyalarının üzvləri və fəalları da daxil yüzlərlə adam meydanlara gəlib, polis onları saxlayıb. Polis saxlanılan etirazçıları maşınlara doldurana qədər, onlar “İstefa”, “Azadlıq” kimi şuarlar səsləndirib.

Associated Press yazır ki, avtoritar respublikada demokratik islahatlar üçün aksiya keçirən onlarla etirazçı saxlanıb. Rəsmilər nümayişi qadağan edib, Bakının mərkəzi küçə və meydanlarını bağlaylıb və nümayişin keçiriləcəyi gündən əvvəl aksiya təşkilatçılarının bir neçəsini saxlayıb. Xəbərdə bildirilir ki, buna baxmayaraq fəallar şəhərin müxtəlif yerlərində toplaşmağa nail olub. Belə qruplardan birinin iştirakçılarının sayı bir neçə yüz olub və onlar hökumət əleyhinə plakatlar qaldırıb “Azadlıq İstəyirik” şuarları səsləndirib. AP-in yazdığına görə, polis etirazçıları həbs edib. Müsavat Partiyasının başqanı İsa Qəmbər AP-ya deyib ki, “Azərbaycanda əsaslı dəyişikliklər qaçılmazdır və insanlar bu dəyişikliklərdə iştirak etmək niyyətindədir”.

Bloomberg yazır ki, şənbə günü Bakının mərkəzi meydanlarından birində prezident İlham Əliyevi istefaya çağıran onlarla nümayişçi polis tərəfindən nəzarət altına alınıb. Xəbərdə yazılır ki, otuzdan əlliyə qədər etirazçı meydana girişləri tutmuş polis sıralarını yararaq Fəvvarələr meydanına daxil ola bilsələr də tezliklə nəzarət altına alınaraq polis maşınlarında aparılıblar. Daxili İşlər Nazirliyinə istinadən hökumət əleyhinə aksiyanın təşkilatçısı və aktiv iştirakçısı olan beş adam əleyhinə cinayət işi qaldırılacağı yazılır. Nazirliyin məlumatında 70 nəfərə inzibati cəzalar verildiyi bildirilir.

Los Angeles Times qəzeti isə yazır ki, ərəb dünyasını bürüyən kütləvi hərəkatlardan ilhamlanan və həmin ölkələrdə əldə edilən nəticələrə Azərbaycanda da nail olmağa ümid edən müxalifət liderləri və gənc fəalların Bakının mərkəzində keçirdikləri etiraz aksiyası zamanı iki yüzdən çox adam saxlanıb. Qəzet yazır ki, aksiyadan bir neçə gün əvvəl fəallar tutulub. Human Rights Watch cümə günü yaydığı bəyanatında qeyd edir ki, aksiyalara mane olmaq üçün onlara polisə müqavimət və başqa ittihamlarla beş gündən on günədək həbs cəzası verilib.

XS
SM
MD
LG