Accessibility links

Tranexamic və ya TXA preparatı doğuşdan sonrakı qanaxmanın qarşısını ala bilər [Video]


Tranexamic və ya TXA preparatı doğuşdan sonrakı qanaxmanın qarşısını ala bilər
please wait

No media source currently available

0:00 0:01:45 0:00

Doğuşdan sonrakı qanaxma əsasən anaların ölümünə səbəb olan amillərdən biridir. Hesablamalara görə, hər il təxminən 127 min qadın doğuşdan sonrakı qanaxma səbəbindən dünyasını dəyişir. Lakin son ümidverici preparat doğuşdan sonra qanaxması olan hər üç qadından birinin həyatını xilas edə bilər.

Dünya boyu 14 milyon qadın doğuşdan sonra həyatları üçün təhlükəli olan qanaxma, yaxud PPH problemi ilə üzləşir. Bu problem səbəbindən hər il 120 mindən çox qadın dünyasını dəyişir. Ölüm hadisələri isə əsasən səhiyyə sistemi aşağı səviyyədə olan ölkələrdə baş verir. Ginekoloq Nayk Bello: “PPH – Doğuşdan sonra qanaxma halları Nigeriyada qeydə alınıb ki, bu da xəstəxanalarda maliyyə çatışmazlığı və ya lazımi avadanlığın olmaması kimi sosial amillər səbəbindən irəli gəlir.”

Lakin 20 minə qədər qadın üzərində aparılan “Qadın” adlı son araşdırmaların nəticələri göstərib ki, əgər doğuşdan sonra 3 saat müddətində qadına Tranexamic və ya TXA preparatı verilərsə qanaxma səbəbindən ölümlərin qarşısı 31 faiz alına bilər. Bu dərman ucuzdur və ciddi yan təsirlərə malik deyil.

“Bu araşdırmaların nəticələri təkcə Nigeriya üçün deyil, bütün dünya üçün çox mühümdür. Çünki doğuşdan sonra qanaxma hadisələri dünya boyu 25 faiz, bəlkə də dünyanın bəzi bölgələrində daha çox faiz təşkil edir” deyə, doktor Bukola Favol bildirir.

Bu preparat artıq satışda var və indiyə qədər aybaşı qanaxmalarında istifadə olunub. Lakin ilk dəfədir ki, bu preparat doğuşdan sonrakı qanaxmanın qarşısının alınması üçün test edilib.

Alimlərin dediyinə görə, hazırda bu preparatdan istifadə barədə məlumatın yayılması və böyük təsirə malik olacaq ucqar bölgələrə çatdırılması problem olaraq qalır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG