Accessibility links

Prezident Administrasiyasının yüksək vəzifəli rəsmisi İrana səfər edir


Prezident Administrasiyasının yüksək vəzifəli rəsmisi İrana səfər edir

Prezident Administrasiyasının yüksək vəzifəli rəsmisi İrana səfər edir

İki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ayrı-ayrı bəyanatlar və bu məsələlərdən irəli gələn məsələlər müzakirə olunacaq.

Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti sabah İrana səfər edəcək.
APA Agentliyinin məlumatına görə, cənab Həsənov deyib ki, səfər İran hökumətinin təşəbbüsü ilə gerçəkləşir. Səfər dəvəti çoxdan edilsə də, vaxtın təyini ilə bağlı problemlərə görə dekabra salınıb.
Görüşlərdə iki dövlət arasında mövcud informasiya, təbliğat, televiziya yayımları, ictimai institutların ölkədaxili proseslərə münasibətləri, açıqlamalar, ayrı-ayrı bəyanatlar və bu məsələlərdən irəli gələn məsələlər müzakirə olunacaq. “Azərbaycan həmişə İranla dost və qonşu münasibəti saxlamağa cəhd göstərib, həmin siyasəti bu gün də saxlamağa çalışır. İran da həmişə münasibətləri yaxşı müstəvidə saxlayıb. Təəssüflər olsun ki, son vaxtlar həm İran, həm də Azərbaycanda bəzi dairələr bilərəkdən, yaxud bilməyərəkdən iki qonşu ölkə arasında münasibətlərə ictimai-siyasi, mətbuat, teleradio, təbliğat müstəvisində xələl gətirə bilən müəyyən tədbirlər həyata keçirir. Müəyyən məlumatlar, hərəkətlər müşahidə olunur. Səfərin əsas məqsədi bütün bunlara son qoymaqdır”.
Cənab Həsənov səfər çərçivəsində İran telekanallarının Azərbaycan efir məkanına müdaxiləsi, həmçinin bəzi İran telekanalları tərəfindən Azərbaycanın daxili işlərinə qarışma cəhdlərinin qarşısının alınması, antiazərbaycan, İrandakı ayrı-ayrı dairələrin Azərbaycanla bağlı təhrikedici, Azərbaycandakı dini vəziyyətlə bağlı çıxışlarına son qoyulması məsələlərinin xüsusi yer tutacağını qeyd edib.

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-dən 5-dək İranda səfərdə olacaq.

XS
SM
MD
LG