Accessibility links

Barak Obama Fort Hud hərbi bazasındakı hücumun qurbanlarının dəfn mərasiminə qatılıb


ABŞ prezidenti Barak Obama Fort Hud əsgəri bazasında keçən həftə silahlı hücum nəticəsində qətlə yetirilənlərin anım mərasimində çıxışı zamanı ABŞ hərbi qüvvələrinə və veteranlarına dəstəyi artıracağını deyib.

Çərşənbə günü cənab Obama qətlə yetirilənlərin və yaralananların ailə üzvlərinə deyib ki, hökumət əsgərlərin təhlükəsizliyini sadəcə ön cəbhədə deyil, arxa cəbhədə də təmin etməlidir.

2009-cu ildə eyni hərbi bazada mayor Nidal Həsən tərəfindən həyata keçirilən hücum nəticəsində 13 əsgər həlak olmuşdu. Həsən keçən il edam cəzasına məhkum olunub.

Bir həftə əvvəl ordu mütəxəssisi İvan Antonio Lopez iş yoldaşları ilə mübahisə etdikdən sonra onlara atəş açaraq 3 nəfəri öldürüb, 16-sını yaralayıb. Daha sonra o özünü öldürüb.

Təhqiqatçılar 34 yaşlı əsgərin nəyə görə bu hücumu həyata keçirdiyini müəyyən etməyiblər.
XS
SM
MD
LG