Accessibility links

Prezident Barak Obama kampaniya maliyyə islahatlarına çağırır

  • Asgar Asgarov

Prezident Barak Obama kampaniya maliyyə islahatlarına çağırır

Prezident Barak Obama kampaniya maliyyə islahatlarına çağırır

Həftəlik müraciətində cənab Obama deyib ki, Konqres xüsusi maraqların Vaşinqtonda nüfuzunun genişlənməsinin qarşısını almaq üçün yeni ölçülər nəzərdən keçirməlidir

ABŞ Prezidenti Barak Obama Ali Məhkəmənin korporasiyalara siyasi kampaniyalarda limitsiz pul xərcləməyə icazə verən qərarına qarşı yeni islahat paketlərinə çağırır. Həftəlik müraciətində cənab Obama deyib ki, Konqres xüsusi maraqların Vaşinqtonda nüfuzunun genişlənməsinin qarşısını almaq üçün yeni ölçülər nəzərdən keçirməlidir. Cənab Obama təklif edir ki, siyasi kampaniya komitələri öz maliyyə qaynaqlarını açıqlasınlar.

Respublikaçıların cavab müraciətində Miçiqanlı konqresmen diqqəti bu gün Obamanın səfər etdiyi Miçiqan ştatındakı işsizliyə çəkib. Piter Hokstra söyləyib ki, Miçiqan hazırda ABŞ-da işsizliyin ən yüksək həddə çatdığı ştatdır.

XS
SM
MD
LG