Accessibility links

Prezident Barak Obama Turkiyə və Ermənistanı münasibətlərinı normallaşdırmaq üçün addımlar atmağa çağırıb

  • Nərminə Cəlalqızı

Cənab Obama bu açıqlamanı Ermənistan prezidenti Serj Sarkisyanla Vaşinqton şəhərində görüşü zamanı verib

Birləşmiş Ştatlar prezidenti Barak Obama Turkiyə və Ermənistanı aralarında münasibətləri normallaşdırmaq üçün addımlar atmağa çağırıb. Ağ Evin bildirdiyinə görə, cənab Obama bu açıqlamanı dünən Ermənistan prezidenti Serj Sarkisyanla Vaşinqton şəhərində keçirilən nüvə sammitində görüşü zamanı verib. Prezident Obama bəyanatında ermənistanlı həmkarının Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq səylərini alqışlamışdır.

Cənab Sarkisyan da dünən Vaşinqtonda Türkiyənin baş naziri Rəcəp Təyyib Ərdoğanla görüşərək, iki dövlət arasındakı münasibətlər barədə müzakirələr aparıb. Xatırladaq ki, keçən il Türkiyə və Ermənistan aralarındakı on illərdir bağlı sərhədlərin açılmasına dair sənəd imzalayıblar. Lakin sənədlər tərəflərin parlamentləri tərəfindən təsdiq olunmadığına görə razılığın icrası yerinə yetirilməyib.

XS
SM
MD
LG