Accessibility links

Prezident Barak Obama vergi ixtisarlarını uzatmaq barədə kompromisi müdafiə edib


Prezident Barak Obama vergi ixtisarlarını uzatmaq barədə kompromisi müdafiə edib
Prezident Barak Obama vergi ixtisarlarını uzatmaq barədə kompromisi müdafiə edib

Cənab Obama varlı təbəqəni istisna etməklə, orta sinif amerikalılar üçün vergiləri endirməyə üstünlük verdiyini deyib

ABŞ prezidenti Barak Obama vergi ixtisarlarını iki il uzatmaq barədə Respublikaçılarla əldə etdiyi kompromisi müdafiə edib. Cənab Obama deyib ki, o, varlı təbəqəni istisna etməklə, orta sinif amerikalılar üçün vergiləri endirməyə üstünlük verirdi, lakin bu variant Respublikaçılar tərəfindən təsdiq olunmayacaqdı. O, Respublikaçıları Amerika xalqı ilə girov kimi rəftar etməkdə günahlandırdı. Cənab Obamanın sözlərinə görə Respublikaçılar bütün təbəqələrə vergi endirimləri şamil edilmədiyi təqdirdə heç bir variantı qəbul etməyəcəklərini bildiriblər. Prezident əlavə etdi ki, belə bir kompromis olmasaydı onda yanvarın 1-dən etibarən bütün amerikalıların vergiləri artardı.

ABŞ Senatında Respublikaçı azlığın lideri Mitç Makkonell razılığı Amerika xalqı üçün qələbə və iqtisadi inkişafa fürsət kimi təsvir edib. Respublikaçılar xəbərdarlıq etmişdilər ki, əgər vergi endirimləri ən varlı 2 faiz təbəqəyə şamil edilməsə onda Senatın işini dayandıracaqlar.

XS
SM
MD
LG