Accessibility links

Bu gün ABŞ-da Prezident günü qeyd edilir. Bayramın təməli Amerikanın ilk prezidenti Corc Vaşintonun fevralın 22-i ad günü münasibəti ilə 1879-cu ildə qoyulub.

1968-ci ildə Konqres yeni qanun qəbul etməklə bayramı bazar ertəsi gününə keçirib. Beləliklə insanlara 3 gün istirahət etmək imkanı yaradılıb.

Fevral ayının 3-cü bazar ertəsi keçirilən bu bayram pərakəndə satış şirkətləri üçün alış-veriş günü kimi əlamətdardır.

Corc Vaşintonun şərəfinə keçirilən bayram hazırda bütün keşmiş və gələcək prezidentləri nəzərdə tutur.
XS
SM
MD
LG