Accessibility links

Prezident Əliyev: İnsanları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Azərbaycan prezidenti inkişaf etmiş ölkələri insan hüquqlarını pozmaqda günahlandırıb. “Özünü demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, biz təəccüb edirik”.

Prezident İlham Əliyev sədri olduğu Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş təntənəli tədbirdə inkişaf etmiş ölkələri insan hüquqlarının pozulmaqda qınayıb.

“Biz görürük ki, inkişaf etmiş ölkələrin bəziləri hansı ağır vəziyyətdədir. O ölkələrdə gedən prosesləri, kütləvi iğtişaşları gündə televiziya vasitəsilə izləyirik. On minlərlə nümayişçi küçələrə axışır. On minlərlə insan öz etirazını bildirir.
Düzdür, onlar çox böyük kobudluq və qəddarlıqla döyülür və əzilir. Bunu da biz televiziya kanalları ilə görürük. Əlbəttə ki, buna dözmək olmaz. Biz inkişaf etmiş ölkələri çağırırıq ki, onlar bu məsələdə daha da təmkinli olsunlar. İnsanlara bu qədər əzab, işgəncə vermək olmaz. İnsanlar küçələrə öz etirazını bildirmək üçün çıxırlar. Ancaq bunun qarşısında onları dəyənəklə vurmaq, qazla zəhərləmək, necə deyərlər, əzmək yolverilməzdir. Bu, demokratik normalara zidd olan hərəkətlərdir. Özünü demokratik və demokratiyanın beşiyi adlandıran ölkələri belə görəndə, doğrudan da biz təəccüb edirik. Azərbaycan bu baxımdan nümunə ola bilər. Hər bir başqa sahədə olduğu kimi, bu sahədə də nümunə ola bilər. Azərbaycanda bütün bu məsələlər sivil, mədəni qaydalarla həllini tapır”, - prezident bildirib.

Sonra o, Qərb ölkələrinin iqtisadi göstəricilərini Azərbaycanla müqayisə edib və belə məlum olub ki, Azərbaycan dünyanın inkişaf etmiş ölkələri üzrə ilk onluğa daxildir.

Azadlıq və demokratiya mövzusuna qayıdan dövlət başçısı “bəzi qüvvələri” bu yaxınlarda keçirilən Beynəlxalq İnternet Forumunda Azərbaycana qarşı təxribatlarda ittiham edib.

“Ancaq elələri də tapıldı ki, ölkəmizə təxribat törətmək üçün gəlmişdilər. Onların təxribat xarakterli missiyasının üstü açıldı. Biz açıq cəmiyyət yaratmışıq. Bizdə bütün azadlıqlar var”,- o vurğulayıb.

“Bu gün Azərbaycanda İnternet istifadəçilərinin sayı 65 faizə çatıb və biz hər bir kəndə İnternet xətləri çəkirik. Belə olan halda, hansı mətbuat azadlığının boğulmasından söhbət gedə bilər?! Bu, yalandır, bu, böhtandır. Bu böhtanları yayan, xüsusilə, yüksək vəzifə tutan insanlar utanmalıdırlar ki, onlar böhtanla, yalanla məşğul olurlar”, - dövlət başçısı bildirib.

O, Azərbaycanın əsas düşmənləri kimi erməni lobbisini və islamofobiya xəstəliyinə düçar olmuş qüvvələri göstərib.

Sonra İ.Əliyev son bir neçə il ərzində apardığı dərin təhlilin nəticələrinə toxunub.

“Burada təhlil aparmaq üçün məndə kifayət qədər geniş imkanlar var və beynəlxalq təmaslar, görüşlər, məlumat müxtəlifliyi və s. var. Yəni, bu, mənim, necə deyərlər, şüurlu seçimim və fikrimdir. Ona görə ki, bizim cəmiyyətdə də bu cür addımlara çox da böyük reaksiya verilməsin. Çünki üç mərkəz olmasın, beş mərkəz olsun, biz öz yolumuzla gedəcəyik, öz bildiyimizi edəcəyik”, - dövlət başçısı vurğulayıb.

“Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir” , - o bildirib

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG