Accessibility links

Pərviz Müşərrəf həbs olundu


O, irəli sürülən ittihamların siyasi motivli olduğunu deyir

Bu gün Pakistan polisi sabiq prezident Pərviz Müşərrəfi həbs edərək İslamabad məhkəməsinə gətirib. Cənab Müşərrəf 2007-ci ildə hakimiyyətdə olduğu vaxt baş hakimləri vəzifələrindən azad etdiyi üçün cinayət ittihamları ilə üzləşir.

İslamabad polisi sabiq prezidenti baş qərargaha aparmazdan əvvəl o, ev dustaqlığına məhkum edilib. Hazırda onun məhkəmədən əvvəl evə buraxılacağı haqda məlumat yoxdur.

Cənab Müşərrəf həbsindən sonra Facebook səhifəsində ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu deyib və buna qarşı mübarizə aparacağını bildirib. Onun baş vəkili Amerikanın Səsinə bildirib ki, Pərviz Müşərrəf məhkəmə işini Ali Məhkəməyədək aparmağı planlaşdırır.

Bu, sabiq sabiq Pakistan ordu rəhbərinin ilk həbsdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG