Accessibility links

Prezident Əliyev Amerika prezidentinin ad gününü təbrik edib


Prezident Əliyev Amerika prezidentinin ad gününü təbrik edib

Prezident Əliyev Amerika prezidentinin ad gününü təbrik edib

Azərbaycan prezidenti hesab edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün Amerikanın və şəxsən prezident Obamanın ardıcıl səyləri çox əhəmiyyətlidir.

Prezident İlham Əliyev Amerika prezidenti Barak Obamanı ad günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir: “Azərbaycan ilə Amerika arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Enerji təhlükəsizliyinin təmin edilməsi, qlobal təhdidlərə və beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində fəal qarşılıqlı işimiz münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Azərbaycan prezidenti həmçinin, Birləşmiş Ştatların regiona diqqətini yüksək qiymətləndirir. “Bu mənada torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvalarından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə aradan qaldırılması üçün ölkənizin və şəxsən sizin ardıcıl səyləriniz çox əhəmiyyətlidir. Ümidvaram ki, bu səylər ən yaxın vaxtlarda öz bəhrəsini verəcək və münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli ilə nəticələnəcək”, - deyə təbrikdə qeyd olunur.

XS
SM
MD
LG