Accessibility links

Prezident Əliyev: Azərbaycan Əfqanıstanda təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsində NATO-ya yardım göstərəcək


Prezident Əliyev: Azərbaycan Əfqanıstanda təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsində NATO-ya yardım göstərəcək
Prezident Əliyev: Azərbaycan Əfqanıstanda təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsində NATO-ya yardım göstərəcək

Ekspert hesab edir ki, danışıqların əsas mövzusu Əfqanıstana daşımalarda Azərbaycanın tranzit yükünün artırılması və Azərbaycanın NATO enerji layihələrində iştirakıdır.

Azərbaycan Əfqanıstanda təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsində NATO-ya yardım göstərəcək.
APA Agentliyi “Euronews.net” saytına istinadən bildirir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Şimali Atlantika alyansının mənzil qərargahında keçirdiyi görüşlərdə bildirib.

“Bakı Əfqanıstan milli ordusunun maliyyələşdirilməsi üçün yaradılmış fondun işinin təşkilində iştirak etmək niyyətindədir”.
Prezident həmçinin alyans rəhbərliyini Azərbaycanın Əfqanıstan məsələsində NATO ilə əməkdaşlığı davam etdirəcəyinə əmin edib. İlham Əliyev əməkdaşlığın konkret istiqamətləri sırasında bölgəyə Azərbaycan hərbçilərinin göndərilməsini, İSAF qüvvələri üçün yüklərin daşınmasında öz hava məkanından istifadəyə icazə verilməsini, Əfqanıstan üçün kadrların, əsasən diplomatların hazırlanmasını qeyd edib.
NATO-nun baş katibi Anders Foq Rasmussen öz növbəsində qeyd edib ki, NATO Azərbaycanın Əfqanıstandakı əməliyyatlara verdiyi töhfəni yüksək qiymətləndirir.
NATO mənzil-qərargahında aparılan danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin Azərbaycanın enerji daşıyıcılarının Avropaya çatdırılması məsələləri də müzakirə olunub.

“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki,

Azərbaycan-NATO məsləhətləşmələrinin mərkəzində Azərbaycanın NATO-da Fərdi Tərəfdaşlığı üzrə Əməliyyat Planı çərçivəsində əlaqələrin perspektivi, Azərbaycanın Əfqanıstandakı sabitləşdirmə əməliyyatına hərbi və humanitar, tranzit dəstəyi, NATO-nun enerji layihələrində Azərbaycanın mövcud və gələcəkdə iştirakı məsələləri durur.

Ekspertin sözlərinə görə, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində Azərbaycanın birinci öhdəlik istiqaməti demokratiya və insan hüquqları ilə bağlıdır. “Ötən illərdə təəssüf ki, bu istiqamətdə NATO-Azərbaycan münasibətlərində önə çəkilməyib. Diqqət daha çox hərbi islahatlara yönəldilib”.

Cənab Sümərinli deyib ki, Əfqanıstana beynəlxalq daşımaların təxminən 30 faizdən artığı Azərbaycan üzərindən həyata keçirilir. Hazırki danışıqlarda da əsas mövzulardan biri Əfqanıstana daşımalarda Azərbaycanın tranzit yükünün artırılması və ən əsası isə hərbi yüklərin daşınmasına başlanması ilə bağlı olacaq”, - deyə o qeyd edib.

XS
SM
MD
LG