Accessibility links

Prezident Əliyev: Azərbaycan rəsmən PKK-nı terrorçu təşkilat kimi tanıyır


Prezident Əliyev: Azərbaycan rəsmən PKK-nı terrorçu təşkilat kimi tanıyır
Prezident Əliyev: Azərbaycan rəsmən PKK-nı terrorçu təşkilat kimi tanıyır

“Biz dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyimizi bildirmişik. Mən demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və bu təşkilata qarşı mübarizədə həmişə olduğu kimi Türkiyə dövlətinin və Türkiyə xalqının yanındadır”, -deyə cənab Əliyev qeyd edib.

Anspress agentliyinin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev dünən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransında iyulun 14-də Diyarbəkirdə 13 türk əsgərinin şəhid olması ilə nəticələnən terror aktını pisləyib. O bildirdi ki, Azərbaycan PKK terrorçu təşkilatının əməllərini qətiyyətlə pisləyir: “Biz dəfələrlə bu məsələ ilə bağlı öz mövqeyimizi bildirmişik. Mən demək istəyirəm ki, Azərbaycan rəsmi olaraq PKK-nı terrorçu təşkilat kimi tanıyır və bu təşkilata qarşı mübarizədə həmişə olduğu kimi Türkiyə dövlətinin və Türkiyə xalqının yanındadır”, -deyə cənab Əliyev qeyd edib.
Dövlət başçısı bildirib ki, Azərbaycan terrorçuluğun bütün formalarını qətiyyətlə pisləyir: “Tam əminik ki, terrorçuluğa qarşı mübarizə ancaq o təqdirdə səmərə verər ki, dövlətlər öz səylərini birləşdirsinlər”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə çıxışında vurğulayıb ki, cənab Əliyevin türk şəhidlərinə olan ehtiramı və PKK terror təşkilatına qarşı qəti mövqeyindən qürur duyur. O bildirib ki, bununla bağlı Azərbaycam prezidentinə təşəkkür edir: “Bu bizim qardaşlığımızın, birliyimiz ifadəsidir”.

XS
SM
MD
LG