Accessibility links

Prezident Əliyev Azərbaycan xalqını qurban bayramı münasibəti ilə təbrik edib


Prezident Əliyev Azərbaycan xalqını qurban bayramı münasibəti ilə təbrik edib
Prezident Əliyev Azərbaycan xalqını qurban bayramı münasibəti ilə təbrik edib

Prezident bildirir ki, Qurban bayramı cəmiyyətdə milli mənəvi həmrəyliyi və dözümlülük ovqatını daha da gücləndirir.

Prezident İlham Əliyev Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir ki, Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində Qurban bayramının xüsusi yeri vardır. “Xalqımız yüz illərdir ki, Allah və din yolunda mənəvi borcunu böyük təntənə ilə yerinə yetirir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur”.
Prezident bildirir ki, humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətdə milli mənəvi həmrəyliyi və dözümlülük ovqatını daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir. “Bu mübarək gündə bir daha hamınıza Ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram”, - deyə təbrikdə qeyd edilir.

XS
SM
MD
LG