Accessibility links

Prezident Əliyev: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha ciddi mübarizə aparılmalıdır


Prezident Əliyev: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha ciddi mübarizə aparılmalıdır

Prezident Əliyev: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha ciddi mübarizə aparılmalıdır

Prezident deyib: Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilib, sərəncamlar imzalanıb. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək.

Nöqsanlarla çox ciddi mübarizə aparılmalıdır və aparılır. Bu sahədəki fəaliyyətimizi daha da gücləndirməliyik. Bu ilin əvvəlində mən bu məsələlərlə bağlı müvafiq göstərişlər vermişəm: Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı daha da ciddi mübarizə aparılmalıdır. Bu barədə kifayət qədər qanunvericilik bazası mövcuddur, göstərişlər verilib, sərəncamlar imzalanıb. Elə etməliyik ki, Azərbaycanda bu xoşagəlməz halları aradan götürək. Bunu etmək üçün isə gərək biz hamımız - həm iqtidar, həm vətəndaşlar bir hədəfə vurmalıyıq. Bu barədə prezident İlham Əliyev Tovuz rayonunda (Bakıdan 420 kilometr qərb) ictimaiyyətin nümayəndələri ilə görüşündə bildirib.
Prezident istəyir ki, Azərbaycan sözün əsl mənasında müasir, inkişaf etmiş dövlətə çevrilsin, Azərbaycanda bütün meyarlar yüksək səviyyədə olsun. “Bunu etmək üçün bizdə imkanlar var. Bir daha demək istəyirəm ki, ilk növbədə, siyasi iradə var, iqtisadi müstəqillik var, siyasi müstəqillik var və gözəl, istedadlı xalqımız var. Şübhə etmirəm ki, bütün bu amillərin sayəsində biz yaxın zamanlarda daha da böyük uğurlara nail olacağıq”.
O bildirib ki, mövcud olan problemlər operativ qaydada həll edilməlidir: “Həm iqtisadi sahədə, həm də sosial sahədə, ictimai sahədə bütün problemlər tezliklə öz həllini tapmalıdır. Azərbaycanda görülən işlər dünyanın ən inkişaf etmiş ölkələri səviyyəsində olmalıdır. Biz o səviyyəyə qalxmalıyıq. Biz ona yaxınlaşmışıq, bir çox hallarda lap yaxınlaşmışıq. Amma hələ böyük işlər görülməlidir”.
Dövlət başçısı hesab edir ki, Azərbaycanda bütün işlər - iqtisadiyyat, sosial siyasət və bütün başqa məsələlər müasir səviyyədə olmalıdır. İnsanlar rahat yaşamalıdır, sosial ədalət prinsipləri tam şəkildə bərqərar olmalıdır.

XS
SM
MD
LG