Accessibility links

Prezident Əliyev Praqa prosesinin son şans olduğunu bildirib


Prezident Əliyev Praqa prosesinin son şans olduğunu bildirib

Prezident Əliyev Praqa prosesinin son şans olduğunu bildirib

Azərbaycan müəyyən istisnalarla Dağlıq Qarabağa dair yeni təklifləri qəbul edir

Azərbaycan prezidenti İlham Əliyev Dağlıq Qarabağ icmasının yeni mənzil qərargahının açılış mərasimində yenilənmiş Madrid sənədi və Ermənistan-Azərbaycan danışıqlarının hazırkı durumu barədə məlumat verib.

O bildirib ki, Azərbaycan müəyyən istisnalarla bu təklifləri qəbul edir. “Bunlar nədən ibarətdir? Bir daha mən bu barədə məlumat vermək istəyirəm. İlk növbədə, Dağlıq Qarabağın ətrafında yerləşən işğal edilmiş bütün bölgələrdən işğalçı qüvvələr çıxarılır. Beş rayon dərhal, iki rayon – Kəlbəcər və Laçın rayonları müəyyən müddətdən sonra qaytarılır. Təkliflərdə beş il müddət nəzərdə tutulub. Bunun səbəbi ondan ibarətdir ki, Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağla Ermənistan arasında yerləşir və bir növ o rayonlara Azərbaycan əhalisinin qayıtması üçün təhlükəsizlik tədbirləri daha da böyük həcmdə görülməlidir. Ancaq bütün bölgələr, bütün rayonlar Azərbaycanın nəzarəti altına qayıdır. Ermənistanla Dağlıq Qarabağ arasında yol, yəni dəhliz fəaliyyət göstərir və Azərbaycan bu təkliflərlə də razılaşıb. Çünki bu, münaqişənin həlli üçün vacib olan məsələdir. Çünki bütün təhlükəsizlik təminatları verilməlidir”.
Prezidentin dediyinə görə, təhlükəsizlik zəmanəti verilməlidir. “Sülhməramlı qüvvələr Dağlıq Qarabağın inzibati sərhədinə gətirilməlidir və hesab edirəm ki, burada da bizim üçün heç bir təhlükə yoxdur. Çünki işğal edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşlarının da təhlükəsizliyi təmin edilməlidir. Sülhməramlı kontingent bu funksiyanı o vaxta qədər yerinə yetirəcək ki, artıq bütün tərəflər təhlükəsizlik tədbirlərini öz üzərinə götürəcəklər”. Cənab Əliyev Dağlıq Qarabağa keçici statusun verilməsinin müzakirə olunduğunu bildirib. “Bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaqdır. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz yerlərinə qayıtmalıdırlar. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar və üç həmsədr ölkənin bu yaxınlarda verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Yəni bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən prinsiplərdir və beləliklə, məsələnin həlli üçün yeganə variant ola bilər. Bir daha demək istəyirəm ki, Azərbaycan müəyyən istisnalarla bu əsas prinsipləri qəbul edib və biz Ermənistandan da eyni yanaşmanı gözləyirik. Halbuki bizə çatan məlumat o qədər də müsbət deyildir”.
Prezident ümid edir ki, həmsədr ölkələr Ermənistana ciddi siqnallar göstərməklə nail olacaqlar ki, Ermənistan da dekabr ayında həmsədrlər tərəfindən rəsmi qaydada təqdim edilmiş təkliflərə müsbət cavab versin və beləliklə, biz irəliyə daha bir addım atacağıq. Əks təqdirdə hesab edirəm ki, danışıqların uğurla davam etməsi sual altında olacaqdır. “Çünki bu günə qədər müxtəlif variantlar müzakirə olunub, müxtəlif düsturlar əsasında təkliflər verilib. Ancaq nəticə yoxdur. Praqa prosesi adlandırdığımız format, hesab edirəm ki, son şansdır”.

Politoloq Rasim Musabəyov “Amerikanın səsi” radiosuna müsahibəsində nizamlanma prosesində yaxın zamanda irəliləyişin olacağına inanmadığını bildirib. Omonun fikrincə, hazırda tərəflər Dağlıq Qarabağın aralıq statusunu müzakirə edir və burada fikir ayrılıqları mövcuddur.

Politoloq eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətində canlanmanı qeyd edir. “Ermənistan da başa düşür ki, mövcud durumda qalmaq mümkün deyil. Ancaq bununla yanaşı, prosesləri uzatmağa da cəhd edir”.



XS
SM
MD
LG