Accessibility links

Prezident Obama amerikalıları Konqresə təzyiq göstərməyə səslədi

  • Amerikanın səsi

Prezident Obama amerikalıları Konqresə təzyiq göstərməyə səslədi

Prezident Obama amerikalıları Konqresə təzyiq göstərməyə səslədi

ABŞ prezidenti Barak Obama amerikalıları Konqres üzvlərinə məktub yazaraq 447 milyard dollar həcmində iş təklifini qəbul etdirməyə səsləyib. Qanun layihəsi yeni iş yerləri yaratmağa və zəif iqtisadiyyatı dirçəltməyə yönəlib.

Prezident bu çağırışı Ohayo ştatının paytaxtı Kolumbusdakı orta məktəbdə səsləndirib. Kolumbus Nümayəndələr Palatasınn Respublikaçı spikeri Con Beynerin seçildiyi dairəyə yaxındır. Cənab Beyner prezident Obamanın sərt tənqidçilərindən biri olub.

Cənab Obama bildirib ki, işsiz müəllimlər, veteranlar, gənclər, inşaat işçiləri təklifdən bəhrələnən adamlar sırasında olacaq. Bu qanun layihəsinə 35 min məktəbi müasirləşdirmək üçün 25 milyard dollar həcmində yardım daxildir.

Amerika xalqına mesajını birbaşa çatdırmaq məqsədilə səfərə çıxmış prezident Obama sabah Şimali Karolina ştatına yollanacaq.

XS
SM
MD
LG