Accessibility links

Prezident Obama Amerikaya səyahəti asanlaşdırmaq istəyir


Prezident Obama Amerikaya səyahəti asanlaşdırmaq istəyir
Prezident Obama Amerikaya səyahəti asanlaşdırmaq istəyir

ABŞ prezidenti Barak Obama Konqresi irəli sürdüyü turizm təşəbbüsünü dətəkləməyə çağırırb.ş Onun sözlərinə görə turizmin inkişafı ABŞ-da yeni iş yerləri yaradacaq.

Həftəlik müraciətində cənab Obama bildirib ki, o, müsafirlər üçün Amerikaya gəlmək və pul xərcləməyi asanlaşdırmaq istəyir.

Prezident təklif edir ki, aeroportlarda səyahətçilərin miqrasiya idarəsindən keçidi səmərəliləşdirilsin və Braziliya, Çin kimi orta sinifləri genişləndirilən ölkələrdə visa verilişi sürətləndirilsin. O, həmçinin Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən təhlükəsiz hesab etdiyi ölkələrin siyahısını genişləndirməyə çağırıb.

Prezident Obama deyib ki, Konqres onun bir neçə təklifini qulaqardına vurduqdan sponra o, iqtisadiyyatı yaxşılaşdırmaq üçün bir sıra mühüm addımlar atıb.

Prezident Obama gələn həftənin çərşənbə axşamı illik hesabat məruzəsində planlarını açıqlayacağını bildirib.

XS
SM
MD
LG