Accessibility links

Prezident Obama Asiya səfərindən qayıtdı

  • Amerikanın səsi

Prezident Obama Asiya səfərindən qayıtdı

Prezident Obama Asiya səfərindən qayıtdı

ABŞ prezidenti Barak Obama Asiya ölklələrinə 9 günlük səfərini başa vuraraq vətənə qayıdıb. Bu səfər daha çox cənab Obamanın Çin baş naziri Ven Ciabao ilə təkbətək görüşü ilə yadda qaldı.

Ağ Ev rəsmiləri deyirlər ki, iki liderin İndoneziyanın kurort adası Balidəki görüşlərində əsasən iqtisadi məsələlər müzakirə olunub. Cənab Ven xarici qüvvələri Cənubi Çin Dənizindəki ərazi mübahisələrdən kənarda durmağa çağırıb.

Bir neçə Asiya dövləti, o cümlədən Vyetnam və Filippinin Çin kimi Cənubi Çin Dənizinə iddiaları var.

Çin liderinin son bəyanatı onun ABŞ-a xəbərdarlığı kimi yozulur.

Vətənə qayıdan Barak Obama daxili iqtisadi çətinliklərlə və federal defisitin azaldılması ilə bağlı Respublikaçılarla Demokratlar arasında intensivləşən mübahisə ilə üzləşir.

XS
SM
MD
LG