Accessibility links

Prezident Obama basketbol oyununda xəsarət alıb


Prezident Obama basketbol oyununda xəsarət alıb

Prezident Obama basketbol oyununda xəsarət alıb

Ağ Ev xəbər verir ki, prezident Barak Obama basketbol oyunu zamanı dodağından aldığı yara nəticəsində yüngül tibbi prosedurdan keçib. Prezidentin üst dodağına 12 tikiş qoyulub. Sözçü Robert Gibbs bildirib ki, cənab Obama ailə üzvləri və dostları ilə basketbol oynayarkən rəqib komandanın oyunçusunun dirsəyi təsadüfən ona dəyib. İnsident Vaşinqtonun civarında yerləşən Fort McNair hərbi bazasında baş verib. Ağ Ev sonradan bildirib ki, prezidenti dirsəyi ilə vuran şəxs Konqresin İspandilli Kokos İnstitutunun proqramlar üzrə direktoru Rey Desereqadır. Desereqa prezidentlə basketbol oynamaqdan həzz aldığını və cənab Obamanın tezliklə yenidən basketbol meydançasına qayıdacağına əmin olduğunu söyləyib. O, hadisəyə görə üzr istəməyib.

XS
SM
MD
LG