Accessibility links

Prezident Obama İranın təcrid olunduğunu deyir

  • Amerikanın səsi

Prezident Obama İranın təcrid olunduğunu deyir

Prezident Obama İranın təcrid olunduğunu deyir

Birləşmiş Ştatlar prezidenti Barak Obama beynəlxalq ictimaiyyətin İranı həmişəkindən daha çox təcrid etməli və bu ölkənin liderlərini sarsıdıcı sanksiyalarla üz-üzə qoymalı olduğunu deyib. Dünən illik hesabat məruzəsində cənab Obama İranın nüvə silahı istehsal etməsinə heç cür imkan verilməyəcəyini desə də, fikir ayrılıqlarının müzakirələr yolu ilə həll edilə biləcəyini vurğulayıb.

Cənab Obama deyib ki, məsələnin danışıqlar yolu ilə həlli hələ də mümkündür, və İran qarşısında duran öhdəlikləri yerinə yetirərək, yenidən beynəlxalq birliyə qoşula bilər. Birləşmiş Ştatlar prezidenti öhdəlikləri yerinə yetirənə qədər İrana təzyiqlərin davam edəcəyini bildirib.




XS
SM
MD
LG