Accessibility links

Prezident Obama Demokrat namizədlər üçün kampaniya aparır


Prezident Obama Demokrat namizədlər üçün kampaniya aparır

Prezident Obama Demokrat namizədlər üçün kampaniya aparır

ABŞ prezidenti Barak Obama cümə günü senat yeri uğrunda mübarizə aparan iki aparıcı Demokrat üçün kampaniya keçirəcək. Cənab Obama ilk öncə Kaliforniya senatoru Barbara Bokser üçün Los Ancelesdə keçirilən nümayişə, daha sonra isə Nevadada senat çoxluğunun lideri Hərri Rid üçün təşkil olunmuş kampaniya törəninə qatılacaq. Rəy sorğuları göstərir ki, Bokser Hewlett-Packard şirkətinin sabiq prezidenti, Respublikaçı namizəd Karli Fiorinanı cüzi faizlə üstələyir. Cənab Rid isə mühafizəkar “Çay Ziyafəti” hərəkatının namizədi hesab edilən Şərron Ənqllə statistik baxımdan bərabər dəstəyə malikdir. Prezidentin ölkə boyu dörd günlük səfərinin məqsədi noyabrı 2-də Konqres seçkilərində Respublikaçıların gözlənilən qələbəsinin miqyasını azaltmaqdır.

XS
SM
MD
LG