Accessibility links

Prezident Obama həftəlik müraciətində iş yerləri yaratmaqdan danışdı


Prezident Obama həftəlik müraciətində iş yerləri yaratmaqdan danışdı

Prezident Obama həftəlik müraciətində iş yerləri yaratmaqdan danışdı

ABŞ prezidenti Barak Obama deyir ki, yeni iş təlimləri təşəbbüsü minlərlə adama istehsalat sektorunda iş tapmağa yardım edəcək.

Həftəlik müraciətində cənab Obama deyib ki, hökumət universitet və özəl sektorla əməkdaşlıq quraraq 500 min kollec məzununa istehsalat sahəsində təcrübə qazandırmağa çalışır.

Prezident həmçinin hökumətin xarici neftdən asılılığı azaltmaq və yeni iş yerləri yaratmaq üçün günəş və külək enerjisinə, o cümlədən bioyanacaq sahəsinə yatırım qoyduğunu bildirib.

Cənab Obama bazar ertəsi Şimali Karolina ştatına səfər edərək İş Şurası ilə müşavirə keçirəcək. Müşavirənin başlıca hədəfi iqtisadi geriləmədən ən çox ziyan şəkən orta sinfin nümayəndələri üçün əlavə iş yerləri yaradılması olacaq.

Respublikaçıların cavab müraciətində isə Konqresmen Adam Kinzinger prezidentin iqtisadi siyasətinin artımı boğduğunu deyib.

İllinois təmsilçisi olan Kinzinger öz partiyasının hökumət xərclərini və dövlət borcunu azatlmaqda qətiyyət göstərəcəyini söyləyib.

XS
SM
MD
LG