Accessibility links

ABŞ prezidenti Barak Obama deyir ki, Böyük Depressiyadan bəri ən ağır iqtisadi tənəzzüllə üzləşdikdən dörd il sonra Amerika iqtisadiyyatı dirçəlir.

Həftəlik müraciətində prezident deyib ki, işsizlik səviyyəsi o, 2009-cu ildə prezident olandan bəri ən aşağı səviyyəyə düşüb.

O, Konqresdəki Respublikaçıları təklif etdiyi vergi planını dəstəkləməyə çağırıb. Prezident Obamanın təsvirinə görə müxalifət ən varlı 2 faizlik zümrənin vergilərini artırmamaq naminə 98 faiz amerikalını “girov” saxlayır.

Prezident Obama həmçinin Respublikaçıları əleyhinə səs verdikləri veteranlar üçün iş yerləri yaradılmasını nəzərdə tutan qanun layihəsini yenidən nəzərdən keçirməyə çağırıb. Cənab Obama bəyan edib ki, vətən üçün xaricdə döyüşmüş adamlar sonrada vətənə qayıdıb orada iş üçün döyüşməməlidirlər.

Respublikaçılar Milli Komitəsinin sədri Rins Pribus isə bildirib ki, prezidentin planı ötən dörd ildə "orta sinfi dəfn etmiş pis siyasəti" davam etdirməkdir.
XS
SM
MD
LG