Accessibility links

Prezident Obama: Konqres müəllimlərin işlə təmin edilməsinə kömək etməlidir


ABŞ prezidenti Barak Obama deyib ki, Konqresin yeni iş yerlərinin açılmasını nəzərdə tutan qanunun təsdiqini gecikdirməsi məktəb müəllimlərinin işlə təmin edilməsinə mane olur.

Həftəlik müraciətində cənab Obama deyib ki, son üç ildə 250 min məktəb müəllimi işini itirib. Prezident Obama iş yerlərinin açılması ilə bağlı Konqresə təqdim etdiyi qanun layihəsinin ştatlarda müəllimlərin işlə təmin edilməsinə yardım göstər, büdcə çatışmayan yerlərdə isə onların işini itirməsinin qarşısını ala biləcəyini bildirib.

Respublikaçıların cavabında Minnesota ştatından konqresmen Erik Polsen prezident Obamanın yürütdüyü siyasətin iqtisadi inkişafa mane olur.

XS
SM
MD
LG