Accessibility links

Prezident Obama Konqresi çəkişmələrə son qoymağa çağırdı

  • Amerikanın səsi

Prezident Obama Konqresi çəkişmələrə son qoymağa çağırdı

Prezident Obama Konqresi çəkişmələrə son qoymağa çağırdı

Prezident Barak Obama deyir ki, konqresmenlər üçün öz seçicilərini siyasi çəkişmədən öndə qoymağın vaxtı yetişib.

Həftəlik müraciətində cənab Obama deyib ki, çox sayda amerikalılar çətinliklə dolanırlar. O, Konqresi amerikalı ailələrə illik 1000 dollar vergi ixtisarının müdətini uzatmağa çağırıb.

Prezident Obama deyir ki, Konqres hərəkətə keçməlidir və ümid etdiyini bildirib ki, tərəflər ortaq məxrəc tapa biləcəklər.

Respublikaçıların həftəlik müraciətində senator Pat Toomey iqtisadi durğunluq və işsizliyə görə Obama administrasiyasının siyasətini günahlandırıb.

Toomey bildirib ki, nizamlamalar biznesləri işə adam götürməkdən çəkindirir.

XS
SM
MD
LG