Accessibility links

Prezident Obama Konqresi xərcləri azaltmağa çağırır


Prezident Obama Konqresi xərcləri azaltmağa çağırır
Prezident Obama Konqresi xərcləri azaltmağa çağırır

ABŞ prezidenti Barak Obama artan defisitin qarşısının alınması üçün xərclərə nəzarət etmək çağırışı ilə Konqresə müraciət edib. Həftəlik müraciətində cənab Obama bildirib ki, hökumət hər qanunvericinin seçici dairəsinə aid xüsusi layihələrə pul ayırmaq gücündə deyil. Lakin o, bütün xüsusi layihələrə qadağa tətbiq edilməsinin əleyhinə çıxır, çünki, onun fikrincə, bəzi layihələr yerli icmalara həqiqətən lazımi yardım edir. Respublikaçı liderlər deyirlər ki, gələn həftə onların Nümayəndələr Palatasındakı üzvləri xüsusi layihələrə birdəfəlik son qoymağa səs verəcəklər. Onlar cənab Obamanı və Demokratları bu səyə qoşulmağa çağırıblar. Respublikaçıarın həftəlik cavab müraciətində konqresmen Qreq Valden bildirib ki, yanvarda start götürərəck yeni tərkibli Konqresin prioritetləri iş yerlərinin yaradılması, xərclərin azaldılması və Konqres prosedurlarının ictimaiyyət üçün şəffaflaşdırılması olacaq.

XS
SM
MD
LG