Accessibility links

Prezident Obama Koreya müharibəsi veteranlarının xatirəsini anıb



Prezident Barak Obama deyib ki, Koreya müharibəsi Birləşmiş Ştatlar və onun müttəfiqləri Cənubi Koreya xalqına azadlıq və demokratiya şansı verdiyi üçün bir qələbə olub.

ABŞ prezidenti şənbə günü paytaxt Vaşinqontda Koreya müharibəsi veteranlarının Xatirə memorialında Koreya müharibəsi veteranları və onların ailə üzvlərinin iştirak etdiyi mərasimdə çıxış edib. Mərasim 1953-cü ildə Koreya müharibəsində döyüşlərə son qoymuş və Şimali və Cənubi koreyalar arasında demilitarizasiya zonasının yaradılması ilə nəticələnmiş müqavilənin imzalanmasının 60 illiyi münasibətilə keçirilib.

ABŞ prezidenti Koreya müharibəsində iştirak etmiş amerikalılar haqda yüksək fikirlər söyləyərək deyib ki, Koreya müharibəsi bütün dünyaya Birləşmiş Ştatların hər zaman sülh, təhlükəsizlik və tərəqqi üçün qüvvə olaraq qaldığı nümayiş etdirdi.

ABŞ prezidenti həmçinin Koreya müharibəsi veteranlarının Xatirə memorialı önünə əklil qoyubı.

Koreya müharibəsi veteranlarının xatirəsini anmaq üçün Cənubi Koreya Vaşinqtona siyasi və hərbi liderlərdən ibarət nümayəndə heyəti göndərib. Cənubi Koreyanın xüsusi nümayəndəsi Kim Yunq Hun veteranlara təşəkkürünü bildirərək, onların başqalarının azad yaşaması üçün, onun ifadəsilə, “qanları və canlarını verdiyini” deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG