Accessibility links

Prezident Obama Nyu York şəhərində nəzərdə tutulan bomba hücumu ilə bağlı Pakistanın təcili məlumat verməsini istəyəcək


Feysəl Şahzad

Feysəl Şahzad

Feysəl Şahzadın vətəni Pakistanda təlim keçdiyini etiraf etdiyi deyilir

Birləşmiş Ştatların "Washington Post" qəzetinin yazdığına görə, prezident Barak Obama Pakistanın keçən həftənin şənbə günü Nyu York şəhərində həyata keçirilməsi nəzərdə tutulan bomba hücumu ilə bağlı təcili məlumat verməsini istəyəcək. Qəzet Ağ Evin adını açıqlamayan rəsmisinə istinadən bildirir ki, Birləşmiş Ştatlarla Pakistan bu məsələ ilə bağlı əldə edilən məlumatları bölüşməlidirlər. O, rəsmi Obama administrasiyasının ətraflı müraciəti bu həftənin sonuna qədər təqdim edəcəyini bildirib.

Birləşmiş Ştatların hüquq mühafizə orqanları maşına bomba yerləşdirdiyindən şübhələnilən Feysəl Şahzadın vətəni Pakistanda təlim keçdiyini etiraf etdiyini deyirlər. Pakistandakı Taliban qrupunun isə Nyu Yorkun Tayms meydanında həyata keçirilməsi nəzərdə tutulan hücumun məsuliyyətini öz üzərinə götürməsinə baxmayaraq, Pakistan ordusu bunun doğru olmadığını deyir.

XS
SM
MD
LG