Accessibility links

Prezident Obama Respublikaçıları və Demokratları birgə işləməyə səslədi


Respublikaçı lider Con Beyner partiyasının seçkilərdəki qələbəsini qeyd edir

Respublikaçı lider Con Beyner partiyasının seçkilərdəki qələbəsini qeyd edir

ABŞ prezidenti Barak Obama iqtisadi dirçəlişi sürətləndirmək və hökumət xərclərini azaltmaq üçün Demokratları və Respublikaçıları birgə işləməyə çağırıb. Respublikaçılar Nümayəndələr Palatasında nəzarəti ələ aldıqdan bəri ilk həftəlik müraciətində cənab Obama hər iki partiyanın liderləri ilə bir araya gələrək ölkəni irəliyə doğru aparmaq üçün diskussiyalara başlamaq istəyini ifadə edib. Cənab Obama deyib ki, hər iki partiya orta sinfin güclənməsini və bu ilin sonunda müddəti başa çatacaq vergi endirimlərinin möhlətini uzatmaq istəyir. Lakin o, əlavə edib ki, amerikalıların ən varli 2 faiz zümrəsinə bu endirimləri şamil etmək ölkənin borclarını çoxaldacaq. Respublikaçıların cavab müraciətində isə Floridadan Senata yenicə seçilmiş Marko Rubio bütün vergiverənlərə endirim bəxş etməyən plana zidd olduğunu söyləyib. O, əlavə edib ki, hökumət israfçılığını dayandırmağın, defisiti azaltmağın və hökuməti ailələrin şəxsi həyatından kənarlaşdırmağın vaxtı çatıb.

XS
SM
MD
LG