Accessibility links

Prezident Obama və Xarici İşlər naziri Lavrov arasında görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub


Prezident Obama və Xarici İşlər naziri Lavrov arasında görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub

Prezident Obama və Xarici İşlər naziri Lavrov arasında görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub

Prezident Obama Xarici İşlər naziri Lavrova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərinə görə təşəkkürünü bildirib

Ağ Ev ABŞ prezidenti Barak Obama və Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında iyulun 13-də keçirilmiş görüşlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, prezident Obama və Xarici İşlər naziri Lavrov görüşdə ikitərəfli və beynəlxalq bir sıra məsələləri müzakirə ediblər.

Prezident Obama Xarici İşlər naziri Lavrova Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərinə görə təşəkkürünü bildirib və ABŞ-ın çərçivə sazişinin əldə olunması işinə sadiq qaldığını bir daha vurğulayıb.

Prezident Obama Rusiyanın Liviyada vəziyyətin siyasi həllini tapması üçün göstərdiyi vasitəçilik səylərinə dəstəyini bildirərək, Birləşmiş Ştatların Liviyada Qəzzafi hakimiyyətdən gedən kimi demokratik keçidə yol açacaq müzakirələrə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Ağ Evin bəyanatında deyilir ki, tərəflər Sudan və Cənubi Sudanda dinc keçidin təmin olunması işində əməkdaşlığın davam etdirilməsinin vacibliyini müzakirə ediblər. Onlar İranın nüvə proqramı ilə bağlı təəhhüdlərə əməl etməməsi nəticəsində yaranmış risklər, bununla yanaşı, beynəlxalq ictimaiyyətin Suriya və Yəməndə zorakılıqların qarşısının alınması və siyasi dəyişikliyə nail olunması işində rolu, habelə Yaxın Şərqdə atılacaq növbəti addımları müzakirə ediblər.

ABŞ prezidenti və Xarici İşlər naziri Lavrov arasında görüdə Avropada raketlər əleyhinə müdafiə sahəsində əməkdaşlıqi imkanları da müzakirə edilib.

Prezident Obama Rusiyanın bu il Dünya Ticarət Təşkilatına üzvlüyü prosesini başa çatdırmaq səylərinə güclü dəstək verdiyini bir daha təkrar edib.

ABŞ prezidenti və Rusiya Xarici İşlər naziri Rusiyada vəkil Sergey Maqnitskinin faciəli ölümü də daxil olmaqla, demokratiya və insan hüquqları sahəsində vəziyyəti də müzakirə ediblər.

ABŞ prezidenti Rusiya xarici işlər nazirinə vizaların yüngülləşdirilməsinə dair yeni ikitərəfli razılığın yekunlaşdırılması, eyni zamanda Rusiya və Birləşmiş Ştatlarda bir çox insanın həyatına təsir göstərəcək uşaqların övladlığa götürülməsinə dair yeni razılığın əldə edilməsi istiqamətində səylərinə görə təşəkkürünü bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG