Accessibility links

Prezident Obama yeni ildə partiyaları əməkdaşlığa çağırır


Prezident Obama yeni ildə partiyaları əməkdaşlığa çağırır
Prezident Obama yeni ildə partiyaları əməkdaşlığa çağırır

ABŞ prezidenti Barak Obama deyir ki, yeni ildə ölkəni irəliyə aparmaq üçün Demokratlar və Respublikaçılar bərabər qaydada məsuliyyət paylaşmalıdırlar. Şənbə günü müraciətində cənab Obama deyib ki, başlıca prioritet iqtisadiyyatın dirçəlməsi olsa da qanunvericilər iqtisadiyyatı güclü saxlamaq və ölkəni rəqabətcil şəkildə gələcəyə aparmaq üçün bir-biri ilə əməkdaşlıq etməlidirlər. O, həmçinin yeni Konqresin formalaşması ərəfəsində hər iki partiyanın üzvləri ilə işləməyə hazır olduğunu söyləyib. Prezident Obama qeyd edib ki, yeni ildə onun başlıca məqsədi iqtisadi dirçəlişi davam etdirmək, yeni iş yerləri açılmasına və orta sinfin rifah halının yaxşılaşmasına şərait yaratmaqdır. Respublikaçıların cavab müraciətində yenicə seçilmiş senator Kelli Ayott deyib ki, onun partiyası hökumət xərclərini azaltmaqda və bizneslərə iş yerləri açmaqda kömək etmək üçün səylərini səfərbər edəcək.

XS
SM
MD
LG