Accessibility links

Prezident Obamanın cangüdənləri eyş-işrətdə ittiham olunur

  • Amerikanın səsi

ABŞ Xüsusi Xidmət İdarəsi prezident Barak Obamanı Kolumbiyada müşayiət edən bəzi cangüdənləri geri çağırıb.

Həmin əməkdaşlara cənab Obamanı Latın Amerikası liderləri ilə danışıqlarda qorumaq tapşırılmışdı. Bu danışıqlar Kolumbiyanın liman şəhəri Kartagenada Amerikalar Sammitində keçirilir.

İnsidentin cənab Obama cümə günü Kolumbiyaya gəlməzdən əvvəl baş verdiyi deyilir. Hökumət rəsmiləri əlavə detal açıqlamır.

Washington Post qəzeti yazır ki, 12 cangüdən Kartagenadan geri çağırılıb. Onlardan ən azı biri fahişələrlə təmasda ittiham olunur.

XS
SM
MD
LG