Accessibility links

Mitt Romni Respubikaçılar Partiyasının rəsmi nominasiyasını aldı


ABŞ prezidentliyinə respublikaçı namizəd Mitt Romni partiyasının rəsmi nominasiyasını alıb. Qurultay çıxışlarında onun həyat yoldaşı Anna və Nyu Cersi qubernatoru Kris Kristi Romninin ABŞ üçün layiqli prezident olacağını bəyan ediblər.

Bu gün axşam vitse-prezidentliyə namizəd göstərilən Pol Rayan nominasiyasını rəsmən qəbul etməlidir. Viskonsin ştatından 42 yaşlı qanunvericinin nominasiyası mühafizəkar fəalları daha da ruhlandırıb.

Dünən səsvermə zamanı ölkə boyu Respublikaçılar Partiyasının nümayəndələri sabiq Massaçusets qubernatoruna qələbə üçün tələb olunan 1144-dən çox səs veriblər.

Anna Romni dünən axşam Respublikaçıların Milli Qurultayında etdiyi çıxışında həyat yoldaşının biznesmen, Massaçusets qubernatoru və Mormon kilsəsində lider qismində əldə etdiyi nailiyyətlər barədə danışıb.

Qubernator Kristi qurultayın əsas məqamını xanım Romnidən dərhal sonra ünvanlayıb. O, ölkəsini xanım Romninin həyat yoldaşına Birləşmiş Ştatları daha yaxşı yerə çevirmək üçün imkan verməyə çağırıb.

Dünən Respublikaçıların qurultayı ilk dəfə tam proqram üzrə keçirilib. Mərasimlərin əksəriyyəti bazar ertəsi Florida ştatının qərb sahillərinə yaxınlaşan tropik İsaak qasırğasına görə ləğv edilmişdi.

ABŞ prezidenti Barak Obama bu gün Ayova, Kolorado və Virciniya ştatlarının kollec şəhərlərində görüşlər keçirir. Demokratlar öz qurultaylarını gələn həftə Şimali Karolina ştatının Şarlott şəhərində keçirəcəklər.
XS
SM
MD
LG