Accessibility links

Serj Sarkisyan prezident seçkilərində qalib gəlib


İlkin seçkilərin nəticələri Ermənistan prezidenti Serj Sarkisyanın seçkilərdə qalib gəldiyini və ikinci dönəm hakimiyyətdə qalacağını göstərib.

Mərkəzi Seçki Komissiyası bu gün cənab Sarkisyanın səslərin təxminən 59 faizini topladığını bildirib. Bu isə təkrar seçkilərin keçirilməsini lüzumsuz edib. Onun rəqibi,əslən amerikalı Raffi Hovanessyan səslərin 37 faizini toplamağa müvəffəq olub.

Cənab Sarkisyanın gözlənilən qələbəsi 13 il hakimiyyətdə olan Respublikaçı Partiyasının növbəti 5 il hakimiyyətdə qalacağı deməkdir.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının müşahidəçiləri səsvermənin ötən seçkilərlə müqayisədə yaxşılaşdığını deyib. Müşahidəçilər eyni zamanda bu il səsverməyə gələnlərin sayının az olduğunu da bildirib. Onların sözlərinə görə, bu il səsvermə hüququ olan 2.5 milyon vətəndaşın 60 faizi səsvermə məntəqələrinə gəlib.

ATƏT namizədlər arasında əsl rəqabət olmadığını bildirib.
XS
SM
MD
LG