Accessibility links

2016-cı il prezident seçki kampaniyasında terrorizm mövzusu


Respublikaçılar partiyasından namizədlərin debatı

Respublikaçılar partiyasından namizədlərin debatı

Parsidə son terror aksiyaları belə görünür ABŞ-da 2016-cı il prezident seçki kampaniyasında əsas diqqətin yönəldiyi məsələni dəyişdirib. Son rəy sorğuları göstərir ki, amerikalıların əksəriyyəti terror aksiyalarından sonra əsas narahatlığın milli təhlükəsizliklə bağlı olduğunu deyib. Bu, prezident seçki kampaniyasında hər iki partiyadan namizədlərin məsələ ilə bağlı güclü reaksiyasına səbəb olub.

Respulikaçı namizədlər arasında öndə gedən Donald Tramp deyib ki, Parisdə terror aksiyalarından sonra seçki kampaniyasının istiqaməti əsas diqqət vətəni müdafiə etmək məsələsinə yönələrək dəyişib. Cənubi Karolina ştatında seçicilərlə görüşdə danışan Trampın sözlərinə görə, diqqətin terrorizm və milli təhlükəsizlik məsələlərinə yönəlməsi ona rəy sorğularında kömək edib.
"Mənim göstəricilərim qalxıb, başqalarının isə düşüb. Bunu səbəbi onunla bağlıdır ki, insanlar mənə ölkəni ən yaxşı müdafiə edə biləcək şəxs kimi baxır. Mən sizin təhlükəsizliyiniz üçün var gücümlə mübarizə aparacam"-deyə Donald Tramp bildirib.

Respublikaçı namizəd Donald Tramp

Respublikaçı namizəd Donald Tramp

Vaşinqtonda Siyasət Mərkəzinin təhlilçisi Con Fortiyer deyir ki, Tramp belə görünür, seçiciləri narahat edən məsələyə toxuur. "Onun milli təhlükəsizlik sahəsində təcrübəsi yoxdur və o, qəribə şeylər deyir, amma o, narahatlıq doğuran məsələlərə toxuna bilir. Bu, əsasən, mühacirətlə bağlı narahatlıqlardır, lakin indi daha spesifik olaraq bundan doğan milli təhlükəsizlik və terrorizm məsələləridir."

Rəqiblər geri qalmaq istəmir

Trampın rəqibləri də mövzu ilə bağlı mövqelərini bildirir. Florida senatoru Marko Rubio bu yaxınlarda Ayova ştatında seçki kampaniyası zamanı İslam Dövləti qrupuna qarşı mübarizə məsələsində daha güclü təəhhüdləri olduğunu deyib. "Ya onlar qələbə çalacaq, ya da biz. Təhlükənin ciddiliyi bundadı. Və bu reallığı dərk etmək nə qədər uzun çəksə, onları məğlub etmək və onların dayandırmaq daha çətin olacaq"-deyə Marko Rubi bildirib.

Respublikaçı namizəd Marko Rubio

Respublikaçı namizəd Marko Rubio

​Nyu Cersi ştatının qubernatoru Kris Kristi seçki kampaniyasını canlandırmaq ümudi ilə bu yaxınlarda Nyu-Yorkda Xarici Əlaqələr Şurasında nitqi zamanı xarici siyasət məsələlərinə öz baxışlarını təqdim edib. O deyib ki, prezident Barak Obamanın terrorçuların qarşısını saxlamaq səyləri zəif olub. "Bizim ən böyük problemimiz, Amerikanın ən böyük problemi odur k, bizdə fundamental şəkildə güclü rəhbərlik yoxdur."

Texas senatoru Ted Kruz da bu həftə seçki kampaniyasında anti-terror strategiyasının bir hissəsi olaraq Suriya qaçqınlarının ABŞ-a gəlməsinə müxalifliyini müdafiə edib. "Bu fikirdə nə inciməli, nə də Amerikaya uyğun olmayan heç bir şey yoxur. Bu da ondan ibarətdir ki, biz bu ölkəni müdafiə etməliyik və administrasiyanın günahsız amerikalıları qətlə yetirməyəcək terrorçu olmadıqlarına qarantiya verə bilmədikləri adamları dəvət etməməliyik"-deyə o bildirib.

Respublikaçı namizəd, senator Ted Kruz

Respublikaçı namizəd, senator Ted Kruz

Quinnipeq universitetinin (Quinnipiac University) Ayovada respublikaçı seçicilər arasında keçirdiyi sorğuya əsasən, Ted Kruz 23 faiz dəstək alaraq, 25 faizlə birinci yerdə olan Donald Trampdan sonra gəlir. Kruzun irəli çıxması əvvəlki sorğularda irəlidə gedən doktor Ben Karsonun Ayovada seçicilərin 18 faiz dəstəyini almasından sonra mümkün olub.

Klintonun sərt tonu

Diqqət mərkəzində yeni mövzu olan terrorizm Demokrat partiyasından namizədlərin seçki kampaniyasında da gündəmdədir. Demokrat namizədlər arasında irəli gedən Hillari Klinton deyib ki, İslam Dövləti qrupuna qarşı mübarizədə daha sərt mövqedən çıxış etməyin vaxtı gəlib çatıb. "Bizim məqsədimiz İŞİD-in qarşısını saxlamaq, ya da almaq deyil, İŞİD-i məğlub etmək və məhv etməkdir. Biz bu faktı səmimi etiraf etməliyik ki, müvəffəq olmaq üçün hava hücumları İŞİD-dən daha çox ərazini geri almaq üçün quru qüvvələrkə müştərək keçirilməlidir."

Demokrat namizəd Hillari Klinton

Demokrat namizəd Hillari Klinton

Klintonun rəqibi Berni Sanders əsas diqqəti orta sinfin iqtisdi cəhətdən vəziyyətinin yaxşılaşdırılması məsələsinə yönəltməyə davavm edir. Lakin o deyib ki, terrorizmin qarşısının alınması səylərinin gücləndirilməsi ABŞ-ın Yaxın Şərqdə müttəfiqləri ilə koordinasiya edilmiş şəkildə aparılmalıdır. "Beynəlxalq koalisiya ilə yanaşı, Birləşmiş Ştatlar və dünyanın başqa dövlətlərinin dəstəklədiyi müsəlman ölkələrinin quru qüvvələri olmalıdır, İŞİD-i məğlub etməyin yolu budur"-deyə o bildirib.

Diqqətin terrorizm məsələsinə yönəlməsi respublikaçılara kömək edə bilər

Seçki kampaniyasında diqqətin terrorizm məsələsinə yönəlməsi respublikaçılara kömək edə bilər. Bunu Rotenberq və Qonzales Siyasi Hesabat (Rothenberg və Gonzales Political Report) qrupunun təsisçisi Stüart Rotenberq deyir. "Ənənəvi olaraq, bilirsiniz ki, xarici siyasət sahəsində Respublikaçılar partiyası daha çox güc və müdafiə nümayiş etdirən partiyadlr. Hər dəfə ABŞ-ın zəif yeri məsələsi ortaya çıxanda, bu, Respublikaçılara kömək edir"-deyə o bildirib.

"Narahatlıqların 2016-cı il seçkiləri boyu gündmdə qalıb-qalmayacağı başqa məsələdir. Amma tamamilə yəqindir ki, bu məsələ siyasi dialoqu dəyişdirir və onu formalaşdırır və çox güman ki, prezidentliyə nominasiya prosesinə də bunun təsiri olacaq"-təhlilçi Vilyam Qalston

Brukinqs institutunun təhlilçisi (Brookings Institution) Vilyam Qalston deyir ki, seçicilər ənənəvi olaraq prezident seçkilərində illərdir əsas diqqəti iqtisadiyyata verir və milli təhlükəsizlik məsələsinin gündəmdə qalmağa nə qədər davam edəcəyini baxıb gözləmək lazımdır. "Narahatlıqların 2016-cı il seçkiləri boyu gündmdə qalıb-qalmayacağı başqa məsələdir. Amma tamamilə yəqindir ki, bu məsələ siyasi dialoqu dəyişdirir və onu formalaşdırır və çox güman ki, prezidentliyə nominasiya prosesinə də bunun təsiri olacaq"-deyə təhlilçi bildirib.

Terrorizm təhlükəsilə bağlı narahatlıqlar artması və milli təhlükəsizlik məsələsinin əsas diqqət mərkəzində olması seçicilərin fevralın 1-də Ayovada partiyadan nominasiyaların seçilməsi prosesinin başlayaraq, 2016-cı ABŞ prezident seçki kampaniyasının ilkin mərhələsi kimi mühüm bir dövrə təsadüf edir.

XS
SM
MD
LG