Accessibility links

ABŞ prezident seçkiləri: milli təhlükəsizlik diqqət mərkəzində [Video]


ABŞ prezident seçkiləri: milli təhlükəsizlik diqqət mərkəzində
please wait

No media source currently available

0:00 0:03:04 0:00

ABŞ prezident seçkiləri: milli təhlükəsizlik diqqət mərkəzində

Son rəy sorğuları göstərir ki, terrorizm məsələsində respublikaçı seçicilərin ən çox dəstəklədiyi Donald Trampdır.

Rəy sorğuları göstərir ki, amerikalı seçicilər terrorizm və milli təhlükəsizliyi 2016-cı il prezident seçkiləri kampaniyasının ən mühüm məsələləri hesab edir. Buna səbəb isə bu yaxınlarda Paris və San Bernardinoda baş verən terror hücumlarıdır. Hər iki partiyadan prezidentliyə namizədlər kampaniyanın qızğın vaxtında bu dəyişikliyə alışmağa çalışırlar.

Mən prezident olsam, mən ali baş komandan olacam, baş təşviqatçı və ya separatçı deyil. Mən ölkəni elə idarə edəcəm ki, burada daha çox təhlükəsizlik yaranacaq.
Ceb Buş

Donald Tramp prezidentliyə respublikaçı namizədlər arasında ən mühüm fiqur olaraq qalır. Son rəy sorğuları göstərir ki, terrorizm məsələsində respublikaçı seçicilərin ən çox dəstəklədiyi də Donald Trampdır.

“Bu seçki artıq xoşluq üzərində qurulmayacaq. Bu seçki bacarıq, kompetentlik və qüdrət üzərində qurulacaq, çünki başqa cür olsa bu bizim ölkəmizin sonu olacaq.”

Respublikaçıların ən son debatında Donald Trampın rəqibi Ceb Buş Trampın ölkəni idarə etmək bacarığını sual edib.

“Mən prezident olsam, mən ali baş komandan olacam, baş təşviqatçı və ya separatçı deyil. Mən ölkəni elə idarə edəcəm ki, burada daha çox təhlükəsizlik yaranacaq.”

Ekspertlər düşünürdü ki, diqqətin təhlükəsizlik üzərində cəmləşməsi Buş kimi namizədlərə kömək edəcək, amma Stuart Rotenberq bunun belə olmadığını deyir.

Donald Tramp
Donald Tramp

“Xarici siyasət böhranı və ya diqqəti tamamilə müdafiə və milli təhlükəsizlik üzərində toplamaq xarici siyasət və milli təhlükəsizlik sahəsində təcrübəsi olan namizədlərə yardım etməlidir. Amma hələ ki, göstəricilər bu məsələlərin ən çox danışan, səsli-küylü namizədə kömək etdiyinə işarə edir. Bu namizəd isə Donald Trampdır.

Milli təhlükəsizlik məsələsinin öndə olması demokrat namizəd Hillary Klintona da rəqibi Berni Sanders üzərində üstünlük əldə etməsinə yardım edib.

Klinton İslam Dövlət döyüşçülərinə qarşı hərbi kampaniyanı genişləndirmək istəyir, amma respublikaçı namizədlərin bu məsələ ilə bağlı strategiyasını da sual edir.

“Xalça bombardmanı həyata keçirməyi vəd etmək sizi güclü göstərmir. Əksinə, sizin problemi dərk etmədiyinizi göstərir.”

Birləşmiş Ştatlar bu mübarizəyə başçılıq etməlidir, amma Amerika dünya polisi deyil və Yaxın Şərqdə əbədi müharibəyə cəlb olunmamalıdır.
Berni Sanders

Demokratların son debatında Berni Sanders İslam Dövlətinin yaratdığı təhlükəni dərk etdiyini bildirsə də, keçmiş səhvlərə yol verilməməsinin vacibliyini vurğulayıb.

“Birləşmiş Ştatlar bu mübarizəyə başçılıq etməlidir, amma Amerika dünya polisi deyil və Yaxın Şərqdə əbədi müharibəyə cəlb olunmamalıdır.”

Diqqəti terrorizm və təhlükəsizliyə yönəltmək demokratların praymerilərində (ilkin seçki) Klintona yardım edə bilər. Amma Con Fortierin fikrincə, ümumi seçkilərdə Klinton özünü Barak Obamadan uzaqlaşdırmalıdır.

“Xarici siyasət sahəsində prezidetin göstəriciləri çox düşüb. Əsasən də, terrorizm məsələsində insanlar onu zəif görürlər. Bu, onun ümumi göstəricilərinə mənfi təsir göstərməsə də, bu məsələdə respublikaçıların önə keçmək şansı var.”

Prezidentliyə namizədlər üçün ilk real imtahan isə fevral ayında Ayova və Nyu Hempşirdə baş tutacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG