Accessibility links

Silah nəzarəti qanununda prezidentliyə namizədlər ikiyə ayrılıb [Video]


Amerikanın silah sevgisi tarixə dayanır. ABŞ-baniləri konstitusiyasının 2-ci düzəlişində vətəndaşlara silaha sahib olmaq imkanı verilməsini yazıblar. Bəzi amerikalılar üçün silaha sahib olmaq hüququ onların prezident seçkilərində səs vermələrində əsas rol oynayacaq.

Hava rütubətli və çiskinlidir. Və bəzi şeylər hər zaman göründüyü kimi deyil.

Kanada qazlarını ovlamaq üçün ən yaxşı yol.

Dehn Qaney və onun iki oğlu qazları ovlamaq üçün şimal istiqamətində 9 saat yol qət ediblər.

Qaney ailəsi Cənubi Karolina ştatının Çarleston şəhərindən yarım saat uzaqlıqda yaşayır. Keçən il iyun ayında bu şəhərin kilsəsində 9 nəfər öldürülmüşdü. Kütləvi silah hücumları 2016-cı il prezident seçki kampaniyasında debatlarda əsas mövzuya çevrilib.

Çeys Qaney: “Bu bizim həyat tərzimizdir. Biz ərzağımızı belə əldə edirik.”

Ovçuluq rəhbəri Deyvid Prays bu torpaqlarda 47 ildir işləyir. Silah saxlama üzərində yaranan problem onun səs vermə qərarına təsir edəcək.

Deyvid Prays: “Biz nə zaman ki, orada demokrat birini görürük, onlar həmişə bizim əlimizdən silahları almaq istəyir. Respublikaçılar onlara baxanda bizim üçün daha uyğundur.”

Onlar qazları yarı-avtomat silahlarla vurur. Lakin Prays bəzi ovçuların nəyə görə belə silahlardan istifadə etdiyindən narahatdır.

Deyvid Prays: “Həqiqətən də nəyə görə sənin 30 raundluğa ehtiyacın var?”

CNN xəbər agentliyinin apardığı sorğu silah nəzarəti qanunu ilə bağlı amerikalılar ikiyə ayrıldığını göstərir.

Onların görüşləri partiyaların tutduğu yoldan tamamilə fərqlidir. Demokrat və Respublikaçıların öndə gələn namizədləri Hillari Klinton və Donald Tramp:

Donald Tramp: “Bizim öz silahımıza ehtiyacımız var. Biz bunu bəyənsəkdə-bəyənməsəkdə, bizim öz silahımızı istəyirik.”

Hillari Klinton: “Bizə nə olub? Biz Milli Silah Assosiyasiyası və silah istehsal edən şirkətlərin lobbiçilərinin qarşısında dayana bilmirik?”

Milli Silah Assosiyasiyasının qüdrətinin səbəbi güclü silah lobiçilərdən birinin silah tərəfdarı namizəd üçün 30 miliyon dollar ianə etməsidir. Assosiasiya namizədləri qiymətləndirib. Belə ki, Klintona 2, Trampa qiymət verilməsə də ona yaxın namizəd 5-ə layiq görülüb. Deyvid Kin assosiyasiyanın sabiq prezidentidir.

Deyvid Kin: “Bizim 5 miliyon üzvümüz var. Bizim keçirdiyimiz sorğu və digər sorğular göstərir ki, təqribən 50 miliyon insan bu seçkilərdə silah saxlama hüquqlarının əlindən alınacağından narahatdır.”

Lakin bu qrup fərqli düşünür. Onlar üç ildir hər həftə qanunun dəyişməsi üçün nümayiş keçirirlər. Yuko Frost əslən Yaponiyadandır. Orada silaha sahib olmaq qəti qadağandır.

Yuko Frost: “Mən bu mədəniyyətdə böyümüşəm. Beləliklə mənim üçün hər gün kütləvi silah hücumlarını görmək ağırdır.”

Silah saxlamaq problemi builki prezident seçkilərində bəlkə də qərar vermək üçün əsas rol oynamasa da, təhlilçilər deyir ki, bu onlardan biridir.

Show comments

XS
SM
MD
LG