Accessibility links

Prezidentliyə namizədlər səs verdilər [Yenilənir - Videolar]


Azərbaycanda 2013-cü il Prezident Seçkiləri keçirilir

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bu gün yerli vaxtla 11:20 radələrində 17 saylı Yasamal III Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində həyat yoldaşı ilə birlikdə səs verib. Cəmil Həsənlinin səs verməsini onlarla mətbuat orqanı işıqlandırıb. Daha sonra Milli Şuranın prezidentliyə namizədi seçki məntəqəsinin önündə mətbuata açıqlama verib.





--------------------------------------------------
Səhər saat 8:00-dan etibarən bir neçə seçki məntəqəsində olan əməkdaşlarımız hazırda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli səs verəcəyi seçki məntəqəsindədirlər. Cəmil Həsənlinin yerli vaxtla saat 11:00-də məntəqəyə gələcəyi gözlənilir.


-------------------------------------
Oktyabrın 9-da prezident İlham Əliyev 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib.
İlham Əliyev səs verdi

İlham Əliyev səs verdi


----------------------------------------
Təxminən bir saatadək səsvermənin gedişatını 20 sayli Nərimanov rayon 2-ci seçki dairəsi 18 saylı seçki məntəqəsində izləyən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar daha sonra 22 saylı nəsimi 2-ci secki dairəsinin 21 saylı seçki məntəqəsinə üz tutub. Burada isə əməkdaşlarımız maraqlı bir faktı aşkar edib. Belə ki, məntəqənin qarşısında dayanan bir şəxs səs verməyə gələn insanlara məsləhət verərək məntəqəyə yola salır. Həmin şəxsin Rayon İcra Hakimiyyətinin nümayəndəsi olduğu ehtimal edilir.

------------------------------------------
Bu gün - 2013-cü il oktyabrın 9-da Azərbaycanda Prezident Seçkiləri keçirilir. Bakı vaxtı ilə səhər saat 8:00-dan etibarən seçki məntəqələri seçicilərin üzünə açılıb. Hazırda 20 sayli Nərimanov rayon 2-ci seçki dairəsi 18 saylı seçki məntəqəsində olan əməkdaşımız Tapdıq Fərhadoğlu müşahidəçilər arasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın olduğunu bildirir. Məntəqənin sədrinin Amerikanın Səsinə açıqlamasına görə, müşahidələr arasında habelə hakim Yeni Azərbaycan Partiyası, eləcə də Milli Şura və s. siyasi təşkilatlardan seçkiləri izləyənlərin olduğunu deyir.







prezident seçkiləri

prezident seçkiləri



prezident seçkiləri

prezident seçkiləri

XS
SM
MD
LG