Accessibility links

Prezident Tramp: Suriyadakı kimyəvi hücum qırmızı xətdən də o yana keçib


Suriyada onlarla mülki vətəndaşın, o cümlədən uşaqların ölümünə səbəb olan hücum “mənim üçün çoxlu xətləri keçib,” deyə Prezident Donald Tramp bəyan edib. ABŞ lideri əlavə edib ki, sələfənin həll edə bilmədiyi problem üçün məsuliyyəti indi özü daşıyır.

Dünən uşaqlara edilən hücum məndə dərin iz buraxıb. Bu çox dəhşətli, dəhşətli bir şey idi. Mən buna baxdım, gördüm - bundan pisi olmur.
Prezident Donald Tramp

“Sən günahsız uşaqları, məsum körpələri – körpələri! – balaca körpələri öldürəndə, bu çoxlu xətləri keçir,” Prezident Tramp bəyan edib. “Qırmızı xətdən xeyli uzağa, çoxlu, çoxlu xətləri.”

O, çərşənbə axşamı Suriya qüvvələrinin törətdiyi güman edilən kimyəvi silah hücumunun onun münaqişəyə münasibətini dəyişdiyinə eyham vurub.

“Mən özümü situasiyaya uyğunlaşa bilən adam hesab edirəm,” deyə Tramp Qızılgül Bağında İordaniya kralı II Abdulla ilə birgə keçirdiyi mətbuat konfrasında bildirib.

Hücum baş verən gün verdiyi bəyanatda Prezident Tramp sələfi Barak Obamanı Suriya problemini həll etməməkdə qınamış, onu “zəiflik və qətiyyətsizlik” nümayiş etdirməkdə ittiham etmişdi.

Suriyada çərşənbə axşamı baş vermiş zəhərli qaz hücumu, eləcə də İsrail-Fələstin sülh danışıqları Tramp və Kral Abdulla arasında müzakirələrin diqqət mərkəzində olub.

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli
ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli

ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli Rusiya və onun dəstəklədiyi Suriya hökumətini kəskin pisləyərək Vaşinqtonun situasiyaya etinasız qalmayacağını bəyan edib.

"Hətta varvar Əsəd rejimi üçün dünənki hücum növbəti alçaq bir nöqtə idi," deyə zəhərli qaz hücumunu əks etdirən şəkilləri əlində tutmuş Heyli BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Hətta varvar Əsəd rejimi üçün dünənki hücum növbəti alçaq bir nöqtə idi.
Nikki Heyli, ABŞ-ın BMT-dəki səfiri

"BMT öz kollektiv borcunu yerinə yetirməkdən imtina edəndə , elə bir durum yaranır ki, dövlətlər fərdi şəkildə əmələ keçməyə məcbur olurlar," deyə Heyli ABŞ-ın "öz xalqını qıran" Əsəd rejiminə qarşı hərbi ölçülərə əl ata biləcəyinə işarə edib.

"Qurbanların naminə, ümid edirəm ki, şuranın yerdə qalan üzvləri nəhayət addım atmağa hazırdırlar."

ABŞ-ın BMT-dəki səfirindən fərqli olaraq Tramp kimyəvi hücumları törətməkdə günahlandırılan Suriya prezidenti Bəşar əl-Əsədə qahmar çıxan Rusiyanın adını çəkməyib.

Müşahidəçilər və mülki müdafiə işçiləri Suriya hökuməti yaxud Rusiyaya məxsus təyyarələrin Suriyanın şimalında havadan zəhərli qaz hücumu törədərək onlarla adamın ölümünə və ya yaralanmasına bais olduqlarını xəbər verir.

Qərbin humanitar və tibbi təşkilat koalisiyası olan Tibbi Qayğı və Xilas Təşkilatı İttifaqı azı 100 adamın öldüyü, 350 adamın yaralandığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG