Accessibility links

Özbəkistan prezidentinin səhhəti ağırdır


Özbəkistan hökuməti ölkə prezidentinin səhhətinin ağır olduğu barədə məlumat yayıb.

78 yaşlı İslam Kərimov 25 il Mərkəzi Asiya ölkəsinin avtoritar rəhbəri olub.

“Əziz soydaşlar dərin kədərlə bildiririk ki, prezidentimizin səhhəti ötən 24 saat ərzində kəskin pisləşib” – deyə rəsmi bəyanatda bildirilir.

Kərimovun artıq keçindiyi barədə məlumatlar yayılsa da, onun ölümü təsdiqlənməyib.

Fərganə mətbuat agentliyi bildirib ki, Kərimovun dogma şəhəri Səmərqənddə dəfn mərasimi üçün tədbirlər görülür.

Kərimov müxalifəti zəiflədib və öz yerinə varis müəyyən etməyib.

İnsan Haqlarını Müşahidə qrupu Özbəkistanda insan haqlarının dəhşətli dərəcədə pozulduğu barədə məlumat verib.

XS
SM
MD
LG