Accessibility links

İlham Əliyev Naxçıvana gedir


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi texnikasına baxış keçirəcək

Aprelin 7-də prezident İlham Əliyevin Naxçıvana ikigünlük səfəri başlayır.

Turan agentliyinin məlumatına görə prezident səfər zamanı Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun hərbi texnikasına baxış keçirəcək.

Əliyev həmçinin Naxçıvan-Şahbuz avtomobil yolunun açılış mərasimində iştirak edəcək. Şərur rayonunda Arpaçay Su Elektrik Stansiyasının tikinti işləri ilə tanış olacaq.

Prezidentin iştirakı ilə bir sıra başqa tədbirlər də planlaşdırılır.

Əliyevin gəlişi ilə əlaqədar Naxçıvanda mərkəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Naxçıvanla rayonlar və kəndlərarası marşrut avtobusları işləmir.
XS
SM
MD
LG